Hizbullah İsrailin Livanın cənubuna hücumu ilə bağlı bəyanat yayıb

Bazar ertəsi 25 Aprel 2022 - 14:13
https://az.iswnews.com/?p=5913

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan Hizbullahı İsrailin bu gün Livanın cənubuna artilleriya hücumu ilə bağlı bəyanat yayıb.

Livan Hizbullahının bəyanatına əsasən, işğalçı İsrail bu gün (yerli vaxtla) səhər saat 1:55 radələrində Xərbət-Mair məntəqəsindən Livanın cənubundakı bölgələrə bir neçə artilleriya mərmisi atıb.

Bəyanatın davamı olaraq: 6 artilleriya mərmisi Ulama əş-Şaab və Tir Harfa qəsəbələrinə, 10 mərmi Əl-Dahirə qəsəbəsinin cənubundakı “Umm əl-Rabb” bölgəsinə, daha 8 mərmi isə Ramieh qəsəbəsinin qərbində Basil dağı ərazisinə düşüb.
Həmçinin səhər saat 03:30-da sionist rejimi Hamol və Tair Harfa qəsəbələri arasındakı ərazini daha 9 top mərmisi ilə atəşə tutub.

Hizbullah iddia edib ki, sionist rejim Livanın cənubuna artilleriya hücumları ilə eyni vaxtda Şeyheyn, Murəvvihin və Zabqin qəsəbələri səmasına 20 işıqlı güllə atıb və bu, bu bölgələrdə yanğınlara səbəb olub.
Bu hücumlarda itki olmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Livanın cənubundan işğal olunmuş Fələstinin şimal hissəsinə raket atılıb və Şlomi qəsəbəsi yaxınlığındakı açıq ərazilərə düşüb. Sionist ordusunun artilleriyası da raket atəşinə cavab olaraq Livanın cənubundakı əraziləri hədəfə alıb.

Daha çox oxuyun:
Livanın cənubundan işğal altındakı Fələstinin şimalına raket hücumu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir