Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Altmışıncı Günü, 24 Aprel 2022

Bazar 24 Aprel 2022 - 22:42
https://az.iswnews.com/?p=5888

– Rusiya ordusuna məxsus Orlan-10 PUA-nın çəkdiyi Ukrayna qüvvələrinin bir sursat anbarına artilleriya hücumundan video.
Krasnopol lazerlə idarə olunan güllələr Rusiya ordusunun toplaşmaları məhv edilməsində, səngərlərin məhv edilməsində, Ukrayna hərbi maşınlarının və ordularının məhv edilməsində effektiv rol oynayan artilleriya sursatları sırasındadır. Krasnopolun iki lazer sistemi var. Biri güllənin özündə və digəri isə idarəedici hissəsində. Onun mənzili təxminən 25 km-dir.

– Ötən gün Rusiya qanadlı raketinin Odessa şəhərinin yaşayış məntəqələrini vurması ilə bağlı daha bir video.
Bəzi Rusiya KİV-ləri raketlərin Ukrayna müdafiəsi sistemləri ilə üzləşmə səbəbindən yaşayış məntəqələrini vurduğunu iddia etsə də, bu video onların iddiasını təkzib edir. (Daha ətraflı)

– Rusiya ordusu Mariupoldakı “Azovstal” zavodunun kənarında Ukrayna ordusunun ZTR-sını məhv edib. Hücum, ehtimal ki, Orion döyüş və kəşfiyyat dronu tərəfindən həyata keçirilib.
Hazırda Rusiya ordusu quru qoşunlarının Ukrayna ordusunun Mariupoldakı son mövqeyinə, yəni “Azovstal” zavoduna hücumları dayanıb və əsas toqquşmalar ara-sıra atəş və hava zərbələri formasında baş verir. Azovstalın mühasirəsi yalnız danışıqlar və ukraynalıların təslim olması və ya bombardman altında ölümləri ilə başa çatacaq!

– Rusiya ordusunun Ukrayna hərbçilərinin mövqelərinə “İsgəndər” raketi atdığı an.
“İsgəndər” Rusiya ordusu üçün təqribən 5 metr diametrində səhv etmə imkanı olan taktiki raketdir.
Rusiya ilə Ukrayna arasında müharibənin başlaması ilə Rusiya ordusu birçox sayda raket qüvvələri ilə meydana daxil oldu və Ukrayna hərbçilərinin mövqelərinə hücum etmək üçün müxtəlif növ qanadlı və ballistik raketlərdən istifadə edib və edir.
“İsgəndər” raketi Ukrayna müharibəsində Rusiyanın ən çox istifadə etdiyi raketlərindən biridir.

– Mariupoldakı Azovstal Sənaye Zonasında Rusiya və Müttəfiq qüvvələrinin olmasına aid video.
Azovstaldakı toqquşmalar barəsində Rusiya prezidenti Vladimir Putinin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə bu yaxınlarda keçirdiyi görüşdə çıxış edərkən belə demişdir: “Mən sizin Azovstal Sənaye Zonası barəsində təklif etdiyiniz hücumu yersiz hesab edirəm. Mən sizə əmr edirəm ki, onu ləğv edəsiz və onlar tamamilə təslim olana qədər onu mühasirəyə alın. Əsgərlərimizin həyatını xilas etmək barədə düşünməliyik.“

– Rusiya artilleriyasının Donetskin qərbindəki Marinka şəhərinin kənarında Ukrayna mövqelərini atəşə tutmasının “Matrice 300 RTK” kvadrokopteri tərəfindən lentə alınan videosu. Bu məntəqənin koordinatı: 37.518500, 47.945308

Donetskin qərb cəbhəsi xətti münaqişə başlayandan bəri çox dəyişməmiş cəbhələrdən biridir. Bunun səbəbini üç məqamda qeyd etmək olar:
1- Bu bölgədə Ukrayna ordusunun sərt müqaviməti
2- Rusiya ordusunun bu cəbhə xəttində irəliləmək istəməməsi
3- Ukrayna ordusunun digər cəbhələrdə cəmləşməsinin qarşısının alınması (Mariupol, Severodonetsk və s.).

– Mariupolda Donetsk qüvvələrinə aid T-64 tanklarının şəkilləri.
Mariupol şəhərinin təmizlənməsində rus və çeçen hərbçiləri ilə birlikdə Donetsk qüvvələri də iştirak edib. Rusiya ordusu şəhərin böyük hissəsini nəzarət altına aldıqdan sonra bu qüvvələrin bir hissəsi münaqişənin digər bölgələrinə göndərilib və Mariupol şəhərini tərk ediblər.

– Ukrayna ordusu bu fotoları paylaşaraq Rusiya ordusuna məxsus “Orlan-10” kəşfiyyat PUA-sının vurulduğunu açıqlayıb.
Ukrayna mətbuatının məlumatına görə, PUA aprelin 20-də vurulub. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, müharibə başlayandan bəri 166-dan çox Rusiya hərbi PUA-sı məhv edilib.

– Rusiya Rubijene şəhərindəki binada Ukrayna istehkamlarını və qüvvələrini məhv etmək üçün UR-77 Meteoritdən istifadə edib.
UR-77 Meteorit sistemi 2S1 Gvozdika şassi tipinə əsaslanan Sovet ittifaqının istehsalı olan mina təmizləmə sistemidir. UR-77-nin əsas vəzifəsi minaları və partlayıcı tələləri məhv etməkdir, lakin o, həm də partizan döyüşlərində düşmən istehkamlarını məhv etmək üçün güclü silah kimi istifadə olunur.
Bu silah Suriya müharibəsində dəfələrlə istifadə olunub. Bu videoda UR-77-nin 2017-ci ildə Suriyanın paytaxtı Dəməşqin ətrafında yerləşən Covbər qəsəbəsi şimalındakı Tibə məntəqəsində terrorçuların sığınacaqlarını məhv etmək üçün necə zərbə endirdiyini görə bilərsiniz:

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir