İnfoqrafik: Əfqanıstanda Talibana müxalif qruplar
Əşrəf Qəninin prezidentliyi ilə Əfqanıstan hökumətinin devrilişi və Talibanın Əfqanıstana nəzarəti ələ keçirməsi ilə 10-a yaxın qrup Talibanla mübarizə məqsədi ilə ölkənin müxtəlif bölgələrində mövcud olduqlarını elan ediblər.
Qeyd edək ki, İŞİD və Ədalət Uğrunda Müqavimət Hərəkatı kimi bu qrupların bəziləri Əşrəf Qəni hökuməti devrilməmişdən əvvəl də Əfqanıstanda fəaliyyət göstərib.
Əfqanıstandakı anti-Taliban qruplarının siyahısı və təfərrüatları belədir:
1- Ədalət Uğrunda Müqavimət Hərəkatı (Əbdül Ğəni Əlipurun komandanlığı ilə):
2013-cü ildə fəaliyyətə başlayıb. Meydane Vərdək, Ğovr, Daykendi, Qəzni, Ərzəqan və Bamyan əyalətlərində fəaliyyət göstərir. İslam Birliyi Partiyasının keçmiş qüvvələrinin bir hissəsidir və Şəhid Əbdül Əli Məzarinin təsiri nəticəsində yaranıb. Milliyət: Hezarə
2- İŞİD (İŞİD terror qruplaşmasının Xorasan qolu):
2015-ci il aprel ayında fəaliyyətə başlayıb. Əfqanıstanın şərq və şimal bölgələrində fəaliyyət göstərir. Fikir: Tünd sələfiçilik və vəhhabiyyət
3- Əfqanıstan Milli Müqavimət Cəbhəsi (Əhməd Məsuda tabe olan qüvvələr):
15 avqust 2021-ci il tarixində fəaliyyətə başlayıb. Pəncşir, Bəğlan, Kapisa və Pərvan əyalətlərində fəaliyyət göstərir. Milliyət: Tacik
4- Əfqanıstan Azadlıq Cəbhəsi (Keçmiş hökumətin Baş Qərargah rəisi general Yasin Ziaya tabe olan qüvvələr):
4 fevral 2022-ci il tarixində fəaliyyətə başlayıb. Təxar, Kunduz və Bədəxşan əyalətlərində fəaliyyət göstərir.
5- Türküstan Azadlıq Pələngləri (Əfqanıstan Milli Hərəkatının lideri, general Əbdül Rəşid Dostumun oğlu Məhəmməd Dostumun tabeliyində olan qüvvələr):
8 fevral 2022-ci il tarixində fəaliyyətə başlayıb. Cuzcan və Faryab əyalətlərində fəaliyyət göstərir. Milliyət: Özbək
6- Əfqanıstanın Azadlığı Uğrunda Milli İslam Hərəkatı (Əvvəlki hökumətdə ordu komandirlərindən biri olan general Xalid Əzizin tabeliyində olan qüvvələr):
23 fevral 2022-ci il tarixində fəaliyyətə başlayıb. Nənqərhar, Kunar və Helmənd əyalətlərində fəaliyyət göstərir. Milliyət: Pəştun
7- Azadlıq Və Demokratiya Cəbhəsi:
24 mart 2022-ci il tarixində fəaliyyətə başlayıb. Əfqanıstanın şiələr olan bölgələrində və mərkəzi əyalətlərində fəaliyyət göstərir. Şəhid Əbdül Əli Məzarinin düşüncələrinə tabedir. Milliyət: Hezarə
8- Ali Müqavimət Şurası (İslam Cəmiyyəti partiyasının liderlərindən biri Əta Məhəmməd Nura tabe olan qüvvələr):
25 mart 2022-ci il tarixində fəaliyyətə başlayıb. Əfqanıstanın şimal və mərkəzi əyalətlərində fəaliyyət göstərir. Milliyət: Tacik və Hezarə
9- Əfqanıstan Xalq Demokratik Partiyası:
9 aprel 2022-ci il tarixində fəaliyyətə başlayıb. Kabil vilayətində fəaliyyət göstərir. Kommunist düşüncələrinə tabedir.
10- Qərbi Nuristan Azadlıq Cəbhəsi:
9 aprel 2022-ci il tarixində fəaliyyətə başlayıb. Nuristan vilayətində fəaliyyət göstərir.
Son Yeniləmə Tarixi: 17 Aprel 2022.
Rəy