Rusiya yeni raketini sınaqdan keçirib + VİDEO

Cümə 22 Aprel 2022 - 02:39
https://az.iswnews.com/?p=5737

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ukraynada xüsusi hərbi əməliyyat başlamasından təxminən iki ay sonra Rusiya hərbçiləri nüvə başlığı daşıya bilən qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib.

Aprelin 20-də Rusiya hərbçiləri nüvə başlığı daşıya bilən yeni qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib.
Rusiya ordusunun məlumatına görə, RS-28 Sarmat raketi ilk dəfə Rusiyanın şimal-qərbindəki Plesetsk kosmik bazasından atılıb və Kamçatka yarımadasındakı hədəfləri təxminən 6000 kilometr (3700 mil) məsafədə vurub.

Rusiya prezidenti Vladimir Putin bu barədə deyib: “Bu raket unikal silahdır və silahlı qüvvələrimizin döyüş potensialını gücləndirir. Bu həm də Rusiyanın xarici təhdidlərə qarşı təhlükəsizliyini təmin edir və Moskvanın düşmənlərini düşünməyə vadar edir. Yeni raketin xarici analoqu yoxdur və onu müdafiə sistemləri ilə tutmaq mümkün deyil.“

Pentaqonun sözçüsü Con Kirbi də Rusiyanın yeni raket sınağına münasibət bildirib və deyib ki, Rusiya “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”nə uyğun olaraq yeni raketi sınaqdan keçirməzdən əvvəl ABŞ-ı məlumatlandırıb. Biz bu sınağı ABŞ və ya onun müttəfiqləri üçün təhlükə hesab etmirik.

Rusiyanın RS-28 Sarmat qitələrarası ballistik raketi 10-a qədər ağır nüvə başlığı daşıya bilir və bu ilin sonuna kimi Rusiya ordusunda istifadəyə veriləcəyi bildirilir.
Qeyd edək ki, Rusiya ordusunun yeni raket sınağı Ukraynaya hərbi texnika və silah yardımının çatdırılması ilə bağlı Qərb ölkələri ilə gərginliyin yaşandığı bir vaxtda baş tutub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir