İraqdakı Amerika bazasına hücum + Şəkillər

Cümə 28 Yanvar 2022 - 23:31
https://az.iswnews.com/?p=547

İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, Amerikalı işğalçıların Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Viktoriya bazasındakı mövqeləri İraq müqaviməti tərəfindən atılan raketlərlə hədəfə alınıb.

İlkin məlumata görə, hücumda azı 6 ədəd 107 mm-lik raket istifadə olunub. Hücum nəticəsində hava limanı küncündə saxlanılmış qeyri hərbi və sıradan çıxmış təyyarəyə ciddi ziyan dəyib.

İslam Dünyası Xəbərləri informasiya mərkəzinin araşdırmasına əsasən, bu, İraq müqavimət dəstələrinin 21 mart 2021-ci ildən bəri Amerika işğalçılarına qarşı 28-ci PUA-Raket hücumudur. Bunlardan 5-i Viktoriya bazasındakı mövqelərə qarşı İraq müqavimət dəstələri tərəfindən həyata keçirilib.

Daha çox oxuyun:

İnfoqrafik: İraq müqavimət dəstələri

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir