Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Əlli Birinci Günü, 15 Aprel 2022
– “Moskva” hərbi kreyseri Qara dənizdə batıb.
Rusiyanın Qara dəniz donanmasının hərbi kreyseri, Ukraynanın bu kreyseri atəşə tutduğunu elan etdikdən bir gün sonra, cümə axşamı axşam saatlarında batıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “Moskva” hərbi kreyseri sahilə tərəf aparılma əməliyyatı zamanı sursat partlaması nəticəsində gövdə zədələndiyi üçün tarazlığını itirərək, fırtınalı dəniz şəraitində batıb. Rusiya Daxili İşlər Nazirliyi hərbi gəminin 500 ekipaj üzvünün təxliyə edildiyini açıqlayıb.
Rusiya rəsmiləri yanğının səbəbi ilə bağlı şərh verməkdən və ya hücum nəticəsində gəmidə sursat partlaması səbəbindən baş verdiyini təsdiqləməkdən imtina ediblər.
Odessa vilayət hərbi idarəsinin rəisi Maksim Marçenko dünən Qara dənizi qoruyan Ukraynanın Neptun qanadlı raketlərinin Moskva kreyserinə atıldığını, Rusiya gəmisinə ciddi ziyan vurduğunu açıqlayıb. Qara dənizdəki Rusiya hərbi gəmilərinin də Moskva kreyserinə hücum olunduqdan sonra Ukrayna sahillərindən 80 dəniz mili məsafəsi qədər uzaqlaşdıqları bildirilir.
Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:
Gün 1 – Gün 2 – Gün 3 – Gün 4 – Gün 5 – Gün 6 – Gün 7 – Gün 8 – Gün 9 – Gün 10 – Gün 11 – Gün 12 – Gün 13 – Gün 14 – Gün 15 – Gün 16 – Gün 17 – Gün 18 – Gün 19 – Gün 20 – Gün 21 – Gün 22 – Gün 23 – Gün 24 – Gün 25 – Gün 26 – Gün 27 – Gün 28 – Gün 29 – Gün 30 – Gün 31 – Gün 32 – Gün 33 – Gün 34 – Gün 35 – Gün 36 – Gün 37 – Gün 38 – Gün 39 – Gün 40 – Gün 41 – Gün 42 – Gün 43 – Gün 44 – Gün 45 – Gün 46 – Gün 47 – Gün 48 – Gün 49 – Gün 50
Rəy