İsrail ordusu Əl-Əqsa məscidinə basqın edib + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, sionist rejim qüvvələri Məscidül-Əqsaya hücum edərək 213-dən çox fələstinlini yaralayıb və 400-ə yaxın ibadət edəni həbs edib.
Bu gün səhər saatlarında İsrail qüvvələri Əl-Əqsa məscidinə basqın edərək fələstinli ibadətçilərə qarşı plastik güllə və gözyaşardıcı qazdan istifadə edib, bəzilərinin vəziyyəti ağır olan 213 nəfər yaralanıb.
İsrail hərbçiləri keçmiş ibadət zalının içərisində çoxlu sayda ibadət edəni mühasirəyə alıb və indiyədək 400-dən çox dindar həbs edilib. Qarşıdurma zamanı İsrail polisi Bab əl-Amoud bölgəsinə girişləri bağlayıb.
Bir neçə saat öncə İsrail hərbçiləri fələstinli dindarlara vəhşicəsinə hücum etdikdən sonra Məscidül-Əqsadan tamamilə geri çəkilib.
Əl-Əqsa məscidinə hücum zamanı 8 İsrail əsgəri də yaralanıb, onlardan 3-ü xəstəxanaya aparılıb.
Fələstin İslami Cihad Hərəkatı bəyanat verib: Məscidül-Əqsada fələstinli ibadətçilər əleyhinə baş verən cinayətin məsuliyyəti sionist rejim qüvvələrinin üzərinədir və işğalçı sionist qüvvələri başa düşəcəklər ki, Məscidül-Əqsada alovlanan od nəhayət ki, onların ətəklərini də yandıracaq.
Rəy