İranın İraqdakı yeni səfirinin adı məlum olub
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Məhəmməd Kazım Aali-Sadiq İranın İraqdakı yeni səfiri kimi təqdim edilib və İrəc Məscidi-ni əvəz edib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə İran səfirinin dəyişdiyini açıqlayıb: Məhəmməd Kazım Aali-Sadiq tezliklə öz işinə başlayacaq.
Aali-Sadiq Nəcəfdə anadan olub və İslam İnqilabının əvvəlində İrana köçüb. Bəzi mənbələrə görə, o, İran İslam Respublikasının Bağdaddakı keçmiş səfiri İrəc Məscidinin müşaviridir və ərəb dilini mükəmməl bilir.
Qeyd edək ki, İrəc Məscidi 2016-cı ilin dekabrından 2022-ci ilin aprelinə qədər İranın Bağdaddakı səfiri vəzifəsində çalışıb. Vəzifədə olduğu illər ərzində İŞİD terror qruplaşması ilə mübarizədə, İraqın təhlükəsizliyinin təmin edilməsində və regional sabitliyin qorunmasında mühüm rol oynayıb və bu səbəbdən ABŞ Maliyyə Nazirliyi onu 2022-ci ilin noyabrında sanksiyalar siyahısına salıb.
Rəy