Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Qırx Səkkizinci Günü, 12 Aprel 2022

Çərşənbə axşamı 12 Aprel 2022 - 18:15
https://az.iswnews.com/?p=4975

– Mariupol şəhərində rus qoşunlarının şəkilləri.
Donetsk rəsmisi bildirib ki, Rusiya ordusu və müttəfiqləri Ukraynanın Mariupol şəhərinə tam nəzarəti ələ keçirib.
Xəbər hələ rəsmi olaraq açıqlanmayıb, lakin Mariupol şəhərinin süqutu və rus hərbçilərinin onun üzərində tam nəzarəti meydan şəraiti, Rusiya qüvvələrinin və müttəfiqlərinin irəliləməsi və Ukraynanın mühasirəsinə görə gözlənilməz olmayıb.

– Rus qoşunları Nova Kaxovka şəhərində
Nova Kaxovka şəhəri Dnepr çayının sahilində, Xerson və Militopol şəhərləri arasında yerləşir. Bu şəhərdə böyük əhəmiyyət kəsb edən su elektrik stansiyası da var.
Nova Kaxovka şəhəri 27 fevral 2022-ci ildə rus qoşunlarının nəzarətinə keçib.

– Ukrayna ordusunun OSA müdafiə sistemi Rusiya ordusu tərəfindən məhv edilib.
OSA (9K33) raket sistemi dronları, qırıcıları və helikopterləri vurmaq üçün istifadə edilən taktiki, qeyri sabit yer-hava raket sistemidir.
Bu sistemlərin konkret yeri olmadığı və asanlıqla daşına bildiyi üçün Rusiya hərbçiləri üçün raket sistemləri vasitəsi ilə atəşə tutub məhv etməmişdən əvvəl onları müəyyən etmək bir az çətindir.
Bu sistemlər Rusiya hava təchizatlarını təyin etdikdən sonra gizləndiyi yerdən üzərə çıxır, atəş açır və sonra başqa yerə gizlənir.
Sözsüz ki, atəşdən sonra onların təxmini koordinatı Rusiya peykləri və təyyarədaşıyanları tərəfindən əldə edilir, lakin bəzi ərazilərdə Ukrayna sistemlərinin partizan fəaliyyəti səmanı Rusiya təyyarələri üçün təhlükəli edib və Rusiya hərbi helikopterlərinin vurulmasına səbəb olur.

– Xarkov vilayətində Ukrayna və Rusiya tankları arasında gedən döyüşün nəticəsi; Ukrayna ordusunun T-64BV tankı məhv edilib və iki Rusiya T-72B tankı xəsarət alıb.

– Piorun, Strela və Stinger FIM-92 tank əleyhinə raketləri Ukrayna Ordusu Qüvvələrinin əlində.

Daha çox oxuyun: Ukrayna qüvvələri Rusiyaya qarşı hansı tank əleyhinə raketlərdən istifadə edir?

– Kiyevin ətrafındakı bir yolda Ukrayna ordusu tankı öz ordu qüvvələrinə səhvən atəş açır.
Bundan əvvəl Ukrayna və Rusiya mediaları, bu videonu Xarkov Cəbhəsində Ukrayna qüvvələrinin toplumuna rus tankının hücumu kimi paylamışdılar. Ancaq həqiqət Ukraynanın T-64 hərbi tankının, bir BMP-1 texnikasının yaxınlığına cəm olan Ukrayna ordusu qüvvələrinə atəş açmasıdır. Videoya görə, bu səhvdə ən azı 12 Ukrayna qüvvəsi öldürüldü.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir