ABŞ-ın çirkin Həsəkə planı

Cümə axşamı 27 Yanvar 2022 - 17:19
https://az.iswnews.com/?p=490

Həsəkə hadisəsi bölgəni ABŞ-ın işğalı altında saxlamağa yönəlmiş bir plan idi – Suriya hərbi prokuroru

ABŞ-ın Suriyadakı mövcudluğu ilə bağlı Suriya hərbi prokurorluğu bəyan edib ki, Amerika qüvvələrinin Suriya torpaqlarında mövcudluğunun işğaldan başqa adı ola bilməz.

İŞİD ünsürlərinin Həsəkə həbsxanasından qaçması onu göstərir ki, amerikalılar İŞİD-i yenidən üzə çıxarmağa cəhd etməklə öz qüvvələrinin bölgədə mövcudluğunu qanuniləşdirirlər.

Prokurorluq qeyd edib ki, Əl-Həsəkə hadisələri ABŞ-ın bölgədəki işğalını saxlamağa yönəlmiş planın həyata keçirilməsidir. ABŞ-ın Suriyanın işğal olunmuş ərazilərindəki siyasəti 1514 və 2625 saylı qətnamələrin açıq şəkildə pozulmasıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir