İsrail ordusu Cənin düşərgəsinə basqın edib + FOTO və VİDEO

Şənbə 9 Aprel 2022 - 12:22
https://az.iswnews.com/?p=4851

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İsrail ordusunun Fələstin Cənin düşərgəsinə hücumu nəticəsində bir fələstinli şəhid olub, beş nəfər isə yaralanıb.

Bir neçə saat əvvəl İsrail ordusunun qüvvələri Tel-Əviv əməliyyatının səbəbkarı Raad Fəthi Hazemin ailəsini həbs etmək üçün Cənin düşərgəsinə basqın edib və onun evini mühasirəyə alıb. Hazemin evinin sionist ordusu tərəfindən tam mühasirəyə alınmasına baxmayaraq, atası işğalçı qüvvələrə təslim olmaqdan imtina edib.

Sionistlərin bu hərəkəti ilə eyni vaxtda Cənin müqavimət qüvvələri İsrail hərbçilərini pusquya salıb və iki tərəf arasında atışma davam edib. Bu toqquşma zamanı “Əhməd Əl-Səadi” adlı Cənin müqavimət qüvvələrinin cəbhə komandirlərindən biri şəhid olub, beş nəfər yaralanıb. Bir neçə İsrail əsgərinin də yaralandığı bildirilir.

Dünən axşam Sionist mediaları İsrail ordusunun hər an Cəninə qarşı genişmiqyaslı hərbi əməliyyata başlaya biləcəyini açıqlayıblar. Bu baxımdan, Fələstin müqaviməti Misirin vasitəçiliyi ilə İsrailə bəyan edib ki, Cənin düşərgəsinə edilən istənilən hücum bizim qırmızı xəttimizdir və əgər düşərgəyə qarşı hər hansı tədbir görülsə, Qəzzə dərhal sionist rejimlə münaqişəyə girəcək.

İordan çayının qərb sahilində toqquşmaların artması ehtimalını nəzərə alaraq, İsrail mediaları bir neçə dəqiqə əvvəl İsrail ordusunun təhlükəsizlik vəziyyətini qiymətləndirdikdən sonra İordan çayının qərb sahilindəki bölgələrə daha üç batalyon göndərmək qərarına gəldiyini bildirib.

Cənin düşərgəsində sionist əsgərlərlə müqavimət qüvvələrinin toqquşması anları (1)
İsrail ordusunun Cənin düşərgəsinə basqını (1)
Cənin düşərgəsində sionist əsgərlərlə müqavimət qüvvələrinin toqquşması anları (2)
Cənin düşərgəsində sionist əsgərlərlə müqavimət qüvvələrinin toqquşması anları (3)
İsrail ordusunun Cənin düşərgəsinə basqını (2)
Cənin düşərgəsində sionist əsgərlərlə müqavimət qüvvələrinin toqquşması anları (4)
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir