Səudiyyə koalisiyası Yəməndə müvəqqəti atəşkəs sazişi ilə oynayır

Cümə 8 Aprel 2022 - 05:36
https://az.iswnews.com/?p=4700

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Yəmənin Neft Şirkəti iki gəminin Əl-Hudəydə limanına daxil olmalarını və Səudiyyə koalisiyası tərəfindən Qırmızı dənizdə daha bir gəminin ələ keçirildiyini açıqlayıb.

Yəmən Neft Şirkətinin sözçüsü İsam Əl-Mütəvəkkil-in sözlərinə görə, neft məhsullarını daşıyan C-Ador və Sands adları ilə iki gəmi Səudiyyə koalisiyası tərəfindən bir ay saxlandıqdan sonra dünən səhər, aprelin 7-də Əl-Hudəydə limanına daxil olublar.
Eyni zamanda Səudiyyə koalisiyası Qırmızı dənizdə yanacaq daşıyan “Daytona” gəmisini müsadirə edərək Cizan limanına göndərib.

Yəməndə müvəqqəti atəşkəs razılaşmasına əsasən, 18 gəmi Əl-Hudəydə limanına daxil olmalıdır. Səudiyyə koalisiyası indiyədək BMT-nin heç bir rəsmi icazəsi olmadan Yəmənə gedən yüzlərlə gəmini yoxlayıb və müsadirə edib. Bu dövrdə bu cür reaksiya müvəqqəti atəşkəs rejimini təhlükə altına ata bilər.
Bu baxımdan Səudiyyə koalisiyası müvəqqəti atəşkəs başlayandan bəri 11 cəbhədə yüzlərlə atəşkəs pozuntusu edib və bu, Ənsarullah və xalq komitələrinin cavab vermələri və ya təmkinli olmaları ilə qarşılanıb.

Daha çox oxuyun:
Səudiyyə Ərəbistanı müvəqqəti atəşkəsi qəbul etdi!
Yəməndə müvəqqəti atəşkəs razılaşmasının təfərrüatları
Mənsur Hadi sonuncu dəfə istefa verdi!
Səudiyyə koalisiyası istefa vermiş Yəmən hökumətinin yeni prezident şurasını dəstəkləyir

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir