İsrail; Son beş ildə dünyanın onuncu ən böyük silah ixracatçısıdır!
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2017-2022-ci illər arasında silah ticarətini araşdırıb və İsrailin son beş ildə dünyanın onuncu ən böyük silah ixracatçısı olduğunu açıqlayıb.
İsveçdə yerləşən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu müharibə və sülh, silah yarışı, silah tədarükü və tələbi ilə bağlı araşdırmalar apararaq bildirib: 2017-ci ildən 2021-ci ilə qədər silah ticarəti araşdırılarkən məlum olub ki, Avropaya silah satışı artıb və Fars körfəzi ölkələri silah idxalçıları arasında ön sıralardadır və sionist rejim bu məsələdə əsas qurucu sturkturlardan biridir.
İsrailin ixracı dünya ixracının 2,4%-ni təşkil edir. Hindistan, Azərbaycan və Vyetnam İsraildən alan ən öndəki ölkələrdirlər. Avropaya silah satışı artıb və Rusiyaya satış isə azalıb.
İsrail dünyanın 1,9 %-ni təşkil etməklə 14-cü ən böyük silah idxalçısı olub. İsrailin idxalının 92 %-i ABŞ-dan, əsasən F-35 təyyarələri və idarə olunan bombalar, sonra isə Almaniya və İtaliyadandır. Qeyd edək ki, Almaniya İsrail sualtı qayıqlarını təchiz edir.
Maraqlıdır ki, İsrailin ümumi silah idxalı son beş ildə 19 % artıb.
Ümumilikdə qlobal silah bazarında 5 ölkə üstünlük təşkil edir və dünya silahlarının 77%-i bu beş ölkədən ixrac edilir. ABŞ 39 faizlə liderlik edir, ikinci yerdə 19 faizlə Rusiya, sonra sıra ilə Fransa, Çin, Almaniya, İtaliya, İngiltərə, Cənubi Koreya və İspaniya gəlir.
Türkiyə 12-ci, Birləşmiş Ərəb Əmirlikləri 18-ci, İordaniya isə 25-ci yerdədir ki, dünyanın ilk 25 silah ixracatçısına daxil olan yeganə Qərbi Asiya ölkələridirlər.
Rəy