Yunis Səfərov 3 gündür aclıq aksiyasına başlayıb

Çərşənbə 26 Yanvar 2022 - 22:32
https://az.iswnews.com/?p=446

Yanvarın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə Yunis Səfərov və digər 11 nəfərin cinayət işi üzrə apellyasiya baxışı davam edib.

Məhkəmə iclası zamanı Yunis Səfərov 3 gündür aclıq aksiyasına başladığını bildirib.

Vəkil Bəxtiyar Hacıyev deyib ki, Yunis Səfərovun aclıq etməsinin səbəbi Gəncə hadisələrilə bağlı digər şəxslərin barəsində ədalətsiz məhkəmə hökmləridir.

“Müdafiə etdiyim Yunis Səfərov hesab edir ki, həmin şəxslərlə bağlı məhkəmə hökmləri ədalətsizdir. Çünki həmin şəxslər bilavasitə onunla birgə hadisələrdə iştirak etməyiblər. Onların silahı olmayıb. Yunis Səfərov cinayəti törətmək üçün bir müddət silah axtarıb, tapa bilməyib. Daha sonra bir polisə hücum çəkərək onun silahını əlindən alib və cinayəti törədib. Həm ibtidai istintaqda, həm də birinci instansiya məhkəməsində bildirmişdilər ki, əgər onun əlində başqa silahlar olubsa və belə bir mütəşəkkil dəstə vardısa, bunlar niyə cinayəti müstəqil olaraq törətməyiblər”, – vəkil Hacıyev deyib.

Məhkəmə prosesində mühakimə olunan şəxslərdən Firuddin Zeynalov, Mahir Əzizov və Vüqar Məmmədov çıxış ediblər. Onlar özlərini təqsirli bilmədiklərini və bütün ittihamların əsassız olduğunu bildiriblər.
Növbəti məhkəmə iclası fevralın 9-dək təxirə salınıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir