Əfqanıstanda baş verən son hadisələr, 2 Aprel 2022
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Hərat şəhərinin 9-cu rayonunda yerləşən Cəbrayıl qəsəbəsində bombanın partlaması nəticəsində 29 mülki şəxs şəhid olub və yaralanıb.
1- Bədəxşan:
Martın 27-də Əfqanıstan Azadlıq Cəbhəsi qüvvələrinin Bədəxşan-Taxar yolunda həyata keçirdiyi gözlənilməz əməliyyat nəticəsində 3 Taliban üzvü öldürülüb, 4-ü isə yaralanıb.
2- Pərvan:
Martın 31-də Azadeqan Cəbhəsi qüvvələri Cəbəl Siracda Taliban silahlılarına qəfil hücum edərək Qırmızı Briqadanın (Taliban Xüsusi Qüvvələri) rəis müavini Molla Qüdrətullah Pəktiaval-ı öldürüblər.
3- Təxar:
– Martın 28-də Taliban Taliqan şəhərində keçmiş hökumətdəki Könüllülər qruplaşmalarının komandirlərindən birini güllələyib.
– Martın 31-də Əfqanıstan Azadlıq Cəbhəsi qüvvələri Daşt-e Qala rayonunda Talibanın təhlükəsizlik idarəsinin binasına hücum edərək iki Taliban üzvünü öldürüblər.
4-Cəuzcan:
Martın 28-də Əfqanıstan Azadlıq Cəbhəsi qüvvələri Qarqin rayonunun Xan Tappeh məhəlləsində Taliban mövqelərinə hücum edib. Hücum nəticəsində itkilər barədə məlumat verilməyib.
5- Daikendi:
Martın 29-da naməlum silahlı şəxslər Sanq-e Taxt və Bəndər şəhərində bir gənci qətlə yetiriblər.
6- Ğur:
Martın 27-də Ğur qubernatoru Rumi Əhməd Şah Dindoost-un komandanlığı altında silahlı şəxslər Ahangaran bölgəsində yerli Taliban komandiri Haj Miyaqal Ahangrani-nin qüvvələri ilə qarşıdurmada olublar.
7- Fərah:
– Martın 28-də Fərahda naməlum şəxslər məscidin imamını qardaşı ilə birlikdə qətlə yetiriblər. Bu terror aktı nəticəsində məscidin imamı həlak olub, qardaşı isə yaralanıb.
– Martın 29-da Fərah şəhərində naməlum silahlı şəxslər qızıl ustasını terror ediblər.
– Martın 31-də Fərahda Taliban toplumuna İŞİD-in hücumu zamanı yerli komandirin bir neçə mühafizəçisi həlak olub.
8- Qəndəhar:
Martın 28-də Əfqanıstan Azadlıq Cəbhəsi qüvvələrinin Qəndəhar şəhərinin dördüncü rayonunun Mərkəzi Tank məhəlləsində Taliban nəzarət-buraxılış məntəqəsinə hücumu zamanı iki Taliban üzvü öldürülüb, daha biri yaralanıb.
9- Kabil:
Martın 31-də Taliban beşinci məntəqənin Əfşar məhəlləsində İmam Musa Kazım (ə) Məscidini bağlayıb. Talibanın bu işindən sonra insanlar küçələrdə namaz qılıb.
10- Nənqərhar:
Martın 27-də Taliban qüvvələri İŞİD-in Əta ər-Rəhman adlı üzvünü həbs edib.
11- Hərat:
– Martın 31-də Taliban İncil şəhərində keçmiş Müdafiə Nazirliyinin “Həsən Qanuni” adlı həkimini güllələyib və cəsədini yandırıb.
– Aprelin 1-də Cəbrayıl qəsəbəsində bombanın partlaması nəticəsində 4 mülki şəxş şəhid olub, 25 nəfər yaralanıb.
12- Helmənd:
Aprelin 1-də Maricə şəhərində bombanın partlaması nəticəsində 5 uşaq şəhid olub, 3 uşaq isə yaralanıb.
13- Ötən bir həftə ərzində Əta Məhəmməd Nurun rəhbərlik etdiyi Ali Müqavimət Şurasının qüvvələri Fəryab, Pərvan və Kunduz əyalətlərində olduqlarını elan ediblər. Qrup daha əvvəl Sarepol, Səmənqan və s əyalətlərdə olduğunu elan etmişdir.
Daha çox oxuyun:
Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 27 Mart 2022
Rəy