İnfoqrafik: Yəmənə qarşı 2555 günlük müharibənin vurduğu ziyanların statistikası

Cümə 1 Aprel 2022 - 05:00
https://az.iswnews.com/?p=4263

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Eyn əl-İnsaniyyə Araşdırma və Statistika Mərkəzi Səudiyyə koalisiyasının Yəmənə qarşı 2555 günlük müharibə (yeddi il) ərzində törətdiyi cinayət və vəhşiliklərin statistikasını açıqlayıb.

2555 gündən ərzində Səudiyyə koalisiyasının Yəmənə vurduğu ziyanların statistikası:
Şəhid və yaralıların ümumi sayı 46262 nəfərdir ki, onlardan 17734 nəfər şəhiddir, şəhdlərdən 2434 nəfər qadın, 4017 nəfər uşaqdır. 26931 nəfər yaralıdır ki, onlardan 2910 nəfəri qadın, 4586 nəfəri uşaqdır.

Səudiyyə koalisiyası son 2555 gündə 15 hava limanını, 16 limanı, 340 elektrik stansiyası və generatoru, 609 şəbəkə və rabitə stansiyasını məhv edib.
Həmçinin 2799 su anbarı və su təchizatı şəbəkəsi, 2091 dövlət obyekti və 6743 körpü və yol dağıdılıb və hədəfə alınıb.

Dağıdılan zavodların sayı 404-ə çatıb və 378 yanacaq tankeri, 11901 ticarət obyekti, 433 quş və mal-qara ferması, 9770 nəqliyyat vasitəsi, 482 balıqçı qayığı, 999 ərzaq mağazası, 416 yanacaqdoldurma məntəqəsi, 696 bazar və 965 ərzaq daşıyan maşın məhv edilib.

Dağılmış və ziyan çəkmiş mülki evlərin sayı 590069-a çatıb və 182 universitet, 1612 məscid, 375 turizm mərkəzi və 410 xəstəxana və sağlamlıq mərkəzi Səudiyyə koalisiyası tərəfindən tamamilə dağıdılıb.
Səudiyyə koalisiyasının hücumları həmçinin 1214 məktəb və təlim mərkəzini, 9721 kənd təsərrüfatı sahəsini, 139 idman obyektini, 253 tarixi məkanı və 60 media mərkəzini dağıdıb və məhv edib.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir