Təl-Əvivin şərqində silahlı hücum baş verib + VİDEO və FOTO

Çərşənbə 30 Mart 2022 - 01:58
https://az.iswnews.com/?p=4072

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Təl-Əvivin şərqindəki Bnei Brak və Ramat-Qan bölgələrinə silahlı hücum nəticəsində azı 5 sionist həlak olub, 6 nəfər isə yaralanıb.

Bnei Brak ərazisindəki silahlı hücum anı
Bnei Brak bölgəsində sionistlərə silahlı hücum anı
Təl-Əvivin şərqində silahlı hücum edənlərdən Ziya Hamarşe

Sionist mediası Təl-Əvivin şərqində silahlı hücumu törədən şəxsin şəklini dərc edərək, bu şəxsin adının Ziya Hamarşe olduğunu iddia edib. O, Cənin şəhərinin sakini və Fələstin dəstələrindən olan Əl-Əqsa Şəhidləri Batalyonlarının üzvüdür.
Sionist mediasının məlumatına görə, həmin şəxs İsrail təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək həlak olub.

Sionist mediaları: Təl-Əvivin şərqində hücum Bnei Brak və Ramat-Qan bölgələrində üç mərhələdə üç silahlı şəxs tərəfindən həyata keçirilib.
Onlardan biri (Ziya Hamarşe) həlak olub, biri yaralanıb, biri isə qaça bilib. Qaçan polis və Şabak məmurları tərəfindən axtarışdadır.

Təl-Əvivin şərqində, Əl-Xadira və Beer əs-Səboda son üç silahlı hücumda ümumilikdə 11 sionist həlak olub, 15-dən çoxu isə yaralanıb.
Son bir həftə ərzində öldürülənlərin sayı, 2020 və 2021-ci illərdəki sionist itkilərindən daha çoxdur!

Sionistlər bu gecə Təl-Əvivin şərqində silahlı əməliyyatı törədənlərdən birinin avtomobilini aşırıblar.

İslami Cihad hərəkatı Təl-Əvivin şərqindəki silahlı əməliyyatı Fələstin xalqının sionist işğalçıların təcavüzü və terrorunun əvəzini ödəməkdə israrlılığının təsdiqi kimi qiymətləndirib.

İsrail baş polis rəisi qüvvələrinin ən yüksək səviyyədə hazır olmalarına əmr edib. Bu əmrdən sonra minlərlə ehtiyat qüvvə işğal altındakı Fələstinin müxtəlif bölgələrinə cəlb edilib.
İsrail ordusunun baş qərargah rəisi Aviv Koxavi də İordan çayının qərb sahilinə daha 4 hərbi batalyon göndərilməsi və İordan çayının qərb sahilindəki İsrail hərbçilərinin sayının 8-ə çatdırılması barədə göstəriş verib.

Fələstin Milli İdarəsi (FMİ) sədri Mahmud Abbas Təl-Əvivin şərqində keçirilən silahlı əməliyyatda sionistlərin öldürülməsini qınayıb.

Bu xəbər yenilənəcək…

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir