İslami Cihadın baş katibinin Şarm əl-Şeyx və işğal altındakı Qüds görüşünə reaksiyası

Bazar 27 Mart 2022 - 13:36
https://az.iswnews.com/?p=3927

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Fələstinin İslami Cihad Hərəkatının baş katibi Şarm əl-Şeyx görüşünü ərəb kimliyinin məhv olmasının əlaməti sayıb və bu məsələnin düşmən olan sionistin xeyrinə olduğunu vurğulayıb.

Fələstinin İslami Cihad Hərəkatının baş katibi Ziad ən-Nuxalə Əbdülfəttah əs-Sisi, Naftali Bennett və Məhəmməd bin Zayedin Şarm əl-Şeyxdə keçirilən son görüşünə qarşı kəskin şəkildə danışıb və vurğulayıb ki, bu görüş və beş tərəfli sammitin İşğal olunmuş Qüdsdə keçirilməsi ərəb kimliyinin itirilməsinə dəlalət edir və bu düşmən olan sionistin xeyrinədir.

Ziad ən-Nuxalə Yer Günü ilə bağlı çıxışında deyib: Müqavimət işğala təbii reaksiyadır və Fələstin xalqı işğalçılara qarşı müqavimət və mübarizəni davam etdirəcək. Ən-Nuxalə fərdi müqavimət əməliyyatlarının Fələstin xalqının müqavimət üsullarından biri olduğunu və müqavimət hərəkatlarının bu cür fərdi əməliyyatları lazımi qədər idarə edib daha çox təşkilatlandırmalı olduqlarını vurğulayıb.

Fələstinin İslami Cihad Hərəkatının baş katibi Əl-Əhdə deyib: “İran Fələstin müqavimətinin yeganə həqiqi dəstəkçisidir. İran İslam Respublikası Fələstin xalqının yanında olub və həmişə onu dəstəkləyib və bu yolla sanksiyalara və fitnələrə məruz qalıb.”

Daha çox oxuyun:

İşğal altındakı Fələstində ABŞ və Ərəb ölkələrinin görüşü baş tutub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir