General-mayor Sabet Cavas öldürüldü

Cümə axşamı 24 Mart 2022 - 16:08
https://az.iswnews.com/?p=3667

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Yəmənin cənubundakı müxalif qüvvələrin komandirlərindən olan general-mayor Sabet Məhəmməd Cavas Ədənin şimalında baş verən partlayışda həlak olub.

2022-ci il martın 23-də günortadan sonra Ədən vilayətinin şimalındakı əl-Xədraa bölgəsində general-mayor Sabet Məhəmməd Cavas və onunla olan birgə dörd nəfər avtomobillərinin partladılması nəticəsində həlak olublar.

Hücuma görə heç bir qrup və ya şəxs məsuliyyəti üzərinə götürməyib.

General-mayor Cavas cənub qüvvələrinin yüksək rütbəli komandirlərindən biri və müxtəlif dövrlərdə müxtəlif hərbi vəzifələrdə çalışmış Ləhic vilayətində Rədfan şəhərindən olub. Cavas Əli Abdullah Salehin prezidentliyi dövründə Səədə vilayətində Yəmən ordusunun 15-ci piyada briqadasına komandanlıq edib və bu vəzifəsi ilə Əli Abdullah Saleh və Ənsarullahın Səədə vilayətində 6 mərhələdə gedən döyüşlərində mühüm rol oynayıb. Cavas Səədə şiələrinin fəaliyyətlərinin məhdudlaşdırılmasında və Seyid Hüseyn Bədruddin əl-Husinin şəhadətində amillərdən biri hesab olunur.
Əbd-Rəbə Mənsur Hadi hakimiyyətə gəldikdən sonra general-mayor Cavas Ədən Xüsusi Qüvvələrinin komandanı və Əl-Ənəd Cəbhəsinin hərbi rəhbərliyinə təyin edilib və o, son illərdə Ənsarullaha qarşı vuruşub.

Daha çox oxuyun:
Oxucu sualı: Əl-Əmaləqə qüvvələri kimlərdir?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir