Mariupoldakı son hərbi vəziyyət + Xəritə

Çərşənbə 23 Mart 2022 - 23:47
https://az.iswnews.com/?p=3635

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, şəhərin təxminən 50 faizi Rusiya və Donetsk qüvvələrinin nəzarətindədir.

Mariupol şəhərində Rusiya və Donetsk qüvvələri ilə Ukrayna ordusunun Mariupoldakı qalıqları arasında küçə qarşıdurmaları hələ də davam edir.

Kalmiuskyi bölgəsində şəhərin şimal hissəsində hərbi vəziyyət dəqiq məlum deyil. Lakin bölgədəki rus xəbər mənbələri Rusiya və Donetsk qüvvələrinin şəhərin şimal hissəsini tam nəzarətə götürdüyünü bildirir.

Hazırda qüvvələrin əsas təzyiqi şəhərin şərq və qərb məhəllələrinədir. Rusiya və Donetsk qüvvələri Mariupol şəhərini şimal və cənuba bölmək üçün şərq və qərbdən irəliləyirlər, bu işə səbəb isə şəhərin müdafiəçiləri üzərində mühasirəni daha da gücləndirməkdir.

Mövcud vəziyyəti nəzərə alsaq, şəhərin tezliklə rus ordusunun nəzarətinə keçəcəyi görünür.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir