Ənsarullah BƏƏ-yə raketlərlə hücum edib + Video
İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyi ölkə səmasında iki Ənsarullah raketinin vurulduğunu bildirib.
Bu gün, yanvarın 24-də səhər saatlarında BƏƏ-dəki yerli mənbələr səmada bir neçə partlayış səsi eşidildiyini bildiriblər. BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, partlayışlar BƏƏ hava hücumundan müdafiə qüvvələri tərəfindən iki raketin təqibi və məhv edilməsi nəticəsində baş verib. Bu hücumun ehtimal verilən itkiləri ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.
Ənsarullahın BƏƏ-yə hücumu Səudiyyə koalisiyası qırıcılarının Səədə, Əl-Hudəydə və Əmran əyalətlərinə ağır bombardmanlarına cavab olaraq həyata keçirilib. Qeyd edək ki, Səudiyyə koalisiyasının son günlər Yəməndə mülki və yaşayış məntəqələrinə hücumları nəticəsində 100-dən çox insan şəhid olub, 300-dən çox insan isə yaralanıb.
Ötən həftə BƏƏ-nin Yəmən xalqına qarşı davam edən işğalçı siyasətinə cavab olaraq Yəmən Ənsarullahı bir neçə PUA və raketlə Əbu-Dabi Beynəlxalq Hava Limanı, Dubay və Əbu-Dabidəki Əl-Musəffəh sənaye bölgəsini hədəfə almışdır.
Daha çox oxuyun:
Yəmən Silahlı Qüvvələri BƏƏ-yə qarşı “Yəmən Fırtınası” əməliyyatının təfərrüatlarını açıqlayıb
Rəy