Ərbildə İsrailin gizli məkanlarına İranın dəqiq raket hücumları + Video
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Martın 13-də səhər saatlarında İran İnqilabı Keşikçiləri Korpusu Hava Qüvvələri ABŞ-ın İraqın Ərbil şəhərindəki yeni konsulluğunun yaxınlığında İsrail rejiminin məxfi və həssas nöqtələrinə bir sıra dəqiq ballistik raketlər atıb.
Yerli mənbələrin məlumatına görə, səhər saat 01:20-də İranın qərbindən Ərbil şəhərinə 12 ballistik raket atılıb və bu şəhərdə ABŞ hərbçilərinin mövqeləri vurulub. Reuters ABŞ rəsmilərinə istinadən xəbər verir ki, hücumlar nəticəsində ABŞ konsulluğu və qüvvələrinə heç bir itki və ya ziyan dəyməyib.
Bununla belə, “İslam Dünyası Xəbərləri”nə görə, hücumlar ABŞ-a deyil, İsrailin həssas bölgələrinə yönəlməklə iki mərhələdə həyata keçirilib. Hücumun birinci dalğası saat 1:03-də, ikinci dalğası isə saat 1:20-də baş verib.
Bəzi KİV-lər yerli və qeyri-rəsmi İraq mənbələrinə istinadən hücumda ölən və ya yaralanan çoxlu sayda israillinin adlarını dərc edib. İslam Dünyası Xəbırləri bu məlumatın doğruluğunu təsdiq etmir. Bununla belə, adlar aşağıdakılardır:
1- Matisse Datris
2- Smith
3- Adam Butler Ərbil Hava Limanında trafik koordinasiyasından məsuldur
4- Ərbil hava limanında Sionist rejim komandiri Saul
5- Afniz ləqəbli Melis Robert
6- Coni
7- Jones
8- Gabriel Talker
9- Mark Zal, cover şirkətinin meneceri
Bəziləri hücumu İsrailin martın 7-də Suriyaya hücumuna cavab olaraq bildiriblər və bu hücum zamanı SEPAH-ın iki üzvü şəhid olmuşdur.
Bununla belə, əl-Məyadin xəbər agentliyi bir təhlükəsizlik rəsmisinə istinadən bildirib ki, hücumun Suriyadakı son sionist əməliyyatı ilə heç bir əlaqəsi yoxdur və bu, İraq Kürdüstanından həyata keçirilən sionistlərin İrana qarşı əməliyyatına cavabdır. İranın Suriyada iki üzvünün şəhid olmasına cavabı başaqa cür və başqa vaxtda olacaq. Hücum həmçinin İraq Kürdüstanında heç bir İraq və ya Amerika mərkəzini hədəf almayıb.
Daha çox oxuyun:
SEPAH sionistlərə xəbərdarlıq edib: Hər hansı bir çirkin addıma sərt cavab veriləcək
Rəy