Suriyadakı Amerika bazalarına müqavimət hücumu + FOTO
Suriyanın Homs və Deyr əz-Zor əyalətlərində amerikalı terrorçuların mövqeləri müqavimət qruplarının raket və dron hücumları ilə hədəfə alınıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Amerika işğalçı ordusunun Suriyanın Homs əyalətində yerləşən Əl-Tənəf bölgəsindəki hərbi bazası noyabrın 18-də İraq İslam Müqaviməti tərəfindən dron hücumu ilə hədəfə alınıb.
Bu hücumdan bir neçə saat sonra amerikalı terrorçuların Deyr Əz-zor əyalətində yerləşən Koniko qaz qurğusu və Ömər neft yatağındakı mövqeləri də müqavimət qruplarının raket hücumlarına məruz qalıb.
İslam Dünyası Xəbərlərinin hesablamalarına əsasən, bu, Əl-Tənəfdəki Amerika bazasına yeddinci, Koniko qaz obyektlərində amerikalılara yeddinci, Ömər neft yatağındakı Amerika bazasına isə on üçüncü hücumdur.
Rəy