Deyr əz-Zor əyalətində Amerikanın mövqelərinə dronlarla hücum olub + FOTO və VİDEO

Çərşənbə axşamı 14 Noyabr 2023 - 15:49
https://az.iswnews.com/?p=28299

Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri müqavimət qruplarının dronları ilə hücuma məruz qalıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, müqavimət qrupları Deyr əz-Zor əyalətində yerləşən Ömər neft yatağında Amerika koalisiyasının mövqelərini hədəfə alıb.

Bu hücumdan saatlar sonra İraq İslami Müqaviməti Deyr əz-Zor əyalətində Amerika işğalçılarının mövqelərinə hücumun məsuliyyətini öz üzərinə götürərkən bir bəyanat yayaraq, bu hücumun iki dron vasitəsilə həyata keçirildiyini açıqlayıb.

İslam Dünyası Xəbərlərinin hesablamasına əsasən, bu, son həftələrdə Ömər neft yatağındakı Amerika bazasına edilən on ikinci hücumdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir