Yəmən silahlı qüvvələrinin İsrailə qarşı altıncı əməliyyatı baş tutub + FOTO və VİDEO

Çərşənbə 8 Noyabr 2023 - 00:06
https://az.iswnews.com/?p=28166

Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri verdiyi açıqlamada işğal altındakı Fələstində İsrailə qarşı keçirilən altıncı əməliyyatın təfərrüatlarını açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Yəmən ordusunun işğal altındakı Fələstindəki hədəflərə dronlarla hücumu ilə bağlı açıqlama verib.

Briqada generalı Səri bu açıqlamada deyib: “Son bir neçə saat ərzində işğal olunmuş ərazilərdə İsrail düşməninin həssas hədəflərinə doğru bir sıra dronlar göndərdik. Bu əməliyyat nəticəsində düşmənin hədəfində olan baza və hava limanlarında hərəkət bir neçə saat dayandırılıb”.

O, daha sonra Yəmən silahlı qüvvələrinin hərbi əməliyyatları daha keyfiyyətli həyata keçirmək üçün səy və etimadına diqqət çəkərək, böyük Yəmən xalqının və İslam ümmətinin çağırışına cavab olaraq, İsrailin Qəzza zolağına vəhşicəsinə hücumları bitənə qədər əməliyyatlarını davam etdirəcəklərini qeyd edib.

Yəmən silahlı qüvvələri və ABŞ ordusunun rəsmi açıqlamalarına əsasən, bu əməliyyat Ənsarullahın Fələstin xalqına dəstək və müqavimət məqsədi ilə İsrail rejiminə qarşı altıncı rəsmi əməliyyatıdır. Yəmən mediasının bu dron hücumunun həyata keçirildiyi andan yayımladığı görüntülərə görə, bu əməliyyatda Səmad seriyalı dronların (ehtimal ki, Səmad 4) də istifadə edildiyini söyləmək olar.

Daha ətraflı: Yəmən silahlı qüvvələrinin İsrail mövqelərinə beşinci hücumu

Yəmən ordusunun İsrailin işğal olunmuş Fələstindəki mövqelərinə qarşı altıncı əməliyyatının həyata keçirildiyi anı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir