İŞİD-ə yeni lider təyin edildi!
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, İŞİD-in rəsmi sözçüsü İŞİD liderinin öldürülməsi xəbərini təsdiqləyib və Əbu əl-Həsən əl-Haşimi əl-Qurəşini bu terror qruplaşmasının yeni lideri kimi təqdim edib.
İŞİD-in rəsmi sözçüsü Əbu Ömər əl-Muhacir İŞİD-in ölmüş lideri Əbu İbrahim əl-Qurəşinin Suriyanın İdlib əyalətinin Atma qəsəbəsində ABŞ-ın təşkil etdiyi hücumda öldürüldüyünü təsdiqləyib.
Bu səslə o, İŞİD ünsürlərinin bəzi hərəkətlərinə, məsələn, Həsəkə şəhərindəki Əs-Sina həbsxanasına hücuma işarə edərək deyib: Bu əməliyyatda bəzi İŞİD məhbusları bu həbsxanadan qaça biliblər.
İŞİD sözçüsünə görə, bu terror qruplaşmasının yeni lideri kimi “Əbu Əl-Həsən Əl-Haşimi Əl-Qurəşi” təqdim edilib.
Xatırladaq ki, İŞİD-in öldürülmüş lideri Əbu İbrahim Əl-Qurəşi 2022-ci il fevralın 3-də Suriyanın İdlib əyalətinin Atma şəhərində Amerika hərbçiləri tərəfindən öldürülüb.
Daha çox oxuyun:
İŞİD-i yaradan ABŞ onun liderini öldürür? – Ağ evin yeni oyununun pərdə arxası
Rəy