Yəmən ordusu İsrailə qarşı rəsmi müharibə elan etdi + VİDEO

Çərşənbə axşamı 31 Oktyabr 2023 - 23:55
https://az.iswnews.com/?p=27901

Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri verdiyi açıqlamada, Fələstin xalqına və müqavimət qruplarına dəstək verərkən, işğal altındakı Fələstində İsrail ordusunun mövqelərinə qarşı 3 raket və pilotsuz təyyarə əməliyyatı həyata keçirdiyini açıqlayıb.

Bu bəyanatın xülasəsi belədir:
“Amerika və İsrailin Qəzza zolağına vəhşicəsinə təcavüzü qarşısında biz Allaha güvənərək və əziz Fələstin xalqının qələbəsi üçün öz borcumuzu yerinə yetirməliyik.

Bu əməliyyat (Bu gün günorta əməliyyatı) Yəmən silahlı qüvvələrinin məzlum fələstinli qardaşlarına dəstək məqsədilə həyata keçirdiyi üçüncü əməliyyatdır.

İndiyədək işğal olunmuş ərazilərdə düşmənin müxtəlif hədəflərinə çoxlu sayda ballistik raketlər, qanadlı raketlər və kamikadze pilotsuz təyyarələr atmışıq.

Biz İsrailin təcavüzü bitənə qədər raketlərimiz və pilotsuz təyyarələrimizlə daha keyfiyyətli hücumlara davam edəcəyik.

Yəmən xalqının Fələstin məsələsi ilə bağlı mövqeyi qəti və prinsipial mövqedir və Fələstin xalqının özünü müdafiə etmək və tam hüquqlarını əldə etmək hüququ vardır.

Regionda sabitliyi pozan və münaqişələrin genişlənməsinə səbəb olan sionist düşmənin Qəzza zolağı və bütün Fələstinə qarşı cinayət və qətllərini davam etdirməsidir”.

Qeyd edək ki, Yəmən ordusunun raket və dron əməliyyatları oktyabrın 19-da, 27-də və 31-də Qırmızı dənizin şimalında işğal olunmuş Fələstin və Amerika gəmilərində İsrail mövqelərinə qarşı həyata keçirilib.

Daha çox oxuyun:
Yəmənin Ənsarullah hərəkatı Eylat bölgəsində İsrail ordusunun mövqelərinə hücum edib + VİDEO
Ənsarullahın Eylatdakı İsrail mövqelərinə dron və raket hücumu

Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərinin Yəmən ordusunun İsrail ordusunun işğal olunmuş Fələstindəki mövqelərinə qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları ilə bağlı açıqlamasının tam videosu.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir