Amerikanın Eyn Əl-Əsəddəki mövqelərinə pilotsuz təyyarə və raket hücumları baş tutub + FOTO

Çərşənbə axşamı 31 Oktyabr 2023 - 23:09
https://az.iswnews.com/?p=27871

Amerikalı terrorçuların Eyn Əl-Əsəd bazasındakı mövqeləri İraq İslam müqavimətinin pilotsuz təyyarələri və raket hücumları ilə hədəfə alınıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, oktyabrın 30-u və 31-də amerikalı işğalçıların Ənbar əyalətində yerləşən Eyn Əl-Əsəd bazasındakı mövqeləri raket və pilotsuz uçuş aparatlarından hücumlara məruz qalıb.

Bu hücumlardan sonra İraq İslami Müqaviməti bəyanat yayaraq amerikalılara qarşı iki raket və pilotsuz təyyarə əməliyyatının məsuliyyətini öz üzərinə götürdü. Bu açıqlamaya görə, dron hücumu iki pilotsuz təyyarədən istifadə edilərək həyata keçirilib.

İslam Dünyası Xəbərlərinin araşdırılmasına görə, bu, son bir neçə gündə Amerika ordusunun Eyn Əl-Əsəd bazasındakı mövqelərinə edilən doqquzuncu hücumdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir