İsrail Suriya ordusunun Dəraa əyalətindəki mövqelərinə hücum edib
Bazar ertəsi 30 Oktyabr 2023 - 14:13
https://az.iswnews.com/?p=27808
Sionist rejim ordusu Suriya ordusunun Dəraa vilayətində iki qərargahını hədəfə alıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, bazar günü yerli vaxtla saat 01:35 radələrində İsrail Qolan təpələri tərəfindən Dəraa şəhərinin ətrafında Suriya ordusunun iki qərargahını hədəfə alıb. Bu hücumların maddi ziyana səbəb olduğu söylənilir.
Hələlik bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
İsrail ordusunun açıqlamasına görə, bu hücum Suriya ərazisindən işğal altındakı Qolan istiqamətində raketlərin atılmasına cavab olaraq həyata keçirilib.
Rəy