Ənsarullah PUA-sı Səudiyyə Ərəbistanının cənubunda Səudiyyə koalisiyasının mövqelərinə zərbələr endirib

Cümə 11 Mart 2022 - 12:30
https://az.iswnews.com/?p=2780

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Ənsarullah Səudiyyə koalisiyasının Cizan şəhərindəki mövqelərinə və Əbha hava limanına bir neçə kamikadze PUA ilə hücum edib.

Yerli media martın 9-da axşam saatlarında Səudiyyə Ərəbistanının cənubundakı Cizan şəhəri səmasında Ənsarullaha məxsus kamikadze pilotsuz təyyarənin vurulması barədə xəbər yayıb.
Həmçinin, dünən, martın 10-da səhər saatlarında baş verən növbəti hücumdan sonra Ər-Riyad və Dammamdan Əbha hava limanına uçuşlar dayandırılıb.

BƏƏ və Səudiyyə Ərəbistanına qarşı bir neçə “Yəmən Fırtınası” əməliyyatlarından sonra Səudiyyə koalisiyasının Mərib cəbhəsindəki quru əməliyyatları dayandırılıb. Münaqişələrdəki azalmadan sonra Ənsarullahın raket və dron hücumları da xeyli azalıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir