Yəmənlilərin Fələstinə dəstək üçün beşinci kütləvi aksiyası
Yəmən xalqı Ənsarullahın nəzarətində olan bölgələrdə beşinci dəfə olaraq Sənaa, Səədə, Hudəydə, İmran, Həccə, İbb, Zimar və s. şəhərlərdə Fələstin xalqına və müqavimət qruplarına dəstək verib.
Bu yürüşün bəyanatında Yəmən xalqı bir daha İsrailin Qəzza zolağında törətdiyi cinayətləri və ABŞ və Qərb ölkələrinin onlara dəstəyini qınayıb və Fələstin müharibəsi, xalqı və müqavimət hərəkatlarına tam dəstəklərini vurğulayıblar.
Yəmənlilər həmçinin ərəb hökmdarları və regionun oyuncaq rejimlərinin bu cinayətdəki rolunu utancverici hesab edərək, ərəb və İslam ölkələri xalqının bütün təbəqələrindən bu cinayətlər qarşısında dini, əxlaqi və insani məsuliyyətlərini yerinə yetirmələrini istəyiblər.
Daha ətraflı: İnfoqrafiya: Fələstin müqavimətinə dəstək üçün müqavimət yönümlü tədbirlər
Rəy