Ənsarullahın dron hücumu zamanı Bəhreyn itkiləri yenidən artıb

Cümə 27 Oktyabr 2023 - 18:56
https://az.iswnews.com/?p=27705

Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığı Ənsarullah hərəkatının Səudiyyə Ərəbistanının cənubuna son hücumunda aldığı xəsarətlər səbəbindən daha bir əsgərinin öldüyünü elan edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı oktyabrın 26-da cümə axşamı günü bir bəyanat yayaraq, mayor Məhəmməd Salim Məhəmməd Ənbarın Ənsarullahın Səudiyyə Ərəbistanının cənubundakı Cizan əyalətindəki Bəhreyn qüvvələrinin qərargahına son hücumu nəticəsində aldığı xəsarətlər səbəbiylə həlak olduğunu bildirib.

Beləliklə də Bəhreyndə bu dron hücumunda ölənlərin sayı 5-ə yüksəlib.

Qeyd edək ki, sentyabrın 25-də Səudiyyə koalisiya qüvvələrinin Səədə əyalətində atəşkəsi pozmasına cavab olaraq Ənsarullah Cizan əyalətindəki Bəhreyn qüvvələrinin mövqelərinə dronla hücum edib və nəticədə bir neçə bəhreynli həlak olub.

Daha çox oxuyun:
Səudiyyə Ərəbistanı və Yəmən sərhədində gərginlik; Ənsarullahın dron hücumu bəhreynliləri darmadağın edib + FOTO
Ənsarullahın Səudiyyə koalisiyasının atəşkəsi geniş miqyasda pozmasına cavabı itkiləri artırır

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir