İraq müqavimət qüvvələrinin dronları Həsəkədəki Amerika bazasına hücum edib + FOTO

Bazar ertəsi 23 Oktyabr 2023 - 21:07
https://az.iswnews.com/?p=27670

İraq İslami Müqaviməti Suriyanın Həsəkə əyalətində Amerika işğalçılarının mövqelərinə dronla hücum etdiyini açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraq İslami Müqaviməti oktyabrın 23-də bəyanat yayaraq Həsəkə əyalətində Amerika ordusunun bazalarından birinə pilotsuz təyyarə ilə hücum edildiyini açıqlayıb.

Bu açıqlamaya görə, amerikalı terrorçuların Suriyanın Həsəkə vilayətində yerləşən Malikiyyə bölgəsindəki bazası İraq müqavimətinin pilotsuz təyyarələrinin hücumu ilə hədəfə alınıb.

İraq İslam Müqavimətinin bəyanatı

Qeyd edək ki, bu, müqavimət qruplarının son bir həftədə Suriyadakı Amerika işğalının mövqelərinə beşinci hücumudur. Bu hücumdan əvvəl Amerikanın Koniko qaz qurğuları, Ömər neft yatağı və Ət-Tənəf bölgəsindəki mövqeləri müqavimət raketi və pilotsuz təyyarələrin hücumları ilə hədəfə alınıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir