İraq müqaviməti Suriyadakı Amerika bazasına hücum edib + FOTO
Suriyadakı Amerika terrorçu ordusuna aid Ət-Tənəf bazası İraq İslam Müqaviməti qüvvələrinin pilotsuz təyyarələrinin hücumu ilə hədəfə alınıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, ABŞ işğalçı ordusunun Suriyanın Homs əyalətində yerləşən Ət-Tənəf bölgəsindəki hərbi bazası oktyabrın 23-də müqavimət qrupları tərəfindən pilotsuz təyyarələrin hücumu ilə hədəfə alınıb.
İraq İslami Müqavimət Təşkilatı amerikalı terrorçuların Ət-Tənəf bölgəsindəki hərbi bazasına edilən hücumun məsuliyyətini öz üzərinə götürərkən bəyanat yayaraq, bu hücumun iki pilotsuz uçan aparat vasitəsilə həyata keçirildiyini açıqlayıb.
Qeyd edək ki, bu, İraq müqavimət qruplarının Suriyadakı Amerika işğalçılarının mövqelərinə qarşı dördüncü, son bir həftədə isə Ət-Tənəf bazasına ikinci hücumudur.
Bu hücum bir müddət əvvəl Əl-Cədid Əl-Ərəbi mediası bəzi iraqlı mənbələrə istinadən İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin İraq müqavimət qruplarının Amerika işğalçılarının mövqelərinə hücumlarını dayandırmağa çalışdığını iddia edərkən baş verib.
Daha ətraflı: Əl-Sudani Amerikalılara qarşı İraq müqavimətinin hücumlarının qarşısını almağa çalışır
Rəy