İsrailin Ceninə hava hücumu + FOTO və VİDEO

Bazar ertəsi 23 Oktyabr 2023 - 17:27
https://az.iswnews.com/?p=27620

Sionist rejim Ordusu dünən səhər saatlarında İordan çayının qərb sahilindəki Cenin düşərgəsindəki Əl-Ənsar məscidini bombalayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, oktyabrın 22-də sionist rejim qırıcıları Cenin düşərgəsində Əl-Ənsar məscidi və onun bitişik evini hədəfə alıblar.

Bu əməliyyatdan sonra İsrail ordusu elan edib: “Ordu ilə İctimai Təhlükəsizlik Xidmətinin (Şabak) birgə hücumunda Cenindəki Əl-Ənsar məscidinin altındakı tunel hədəfə alınıb. Biz İsrailə qarşı əməliyyatlar keçirməyi planlaşdıran HƏMAS və İslami Cihadla əlaqəli bir qrupu hədəf aldıq”.

Bununla əlaqədar olaraq İordan çayının qərb sahilindəki Fələstin Qızıl Aypara Təşkilatı bu cinayətkar hücumda ən azı 5 fələstinlinin şəhid olduğunu, bir neçə nəfərin isə yaralandığını açıqlayıb.

Cenin şəhəri və ya böyük düşərgəsinin İordan çayının qərb sahilində və Fələstində baş verən proseslərdə çox əhəmiyyətli bir mövqeyi və rolu var. Bu şəhər Fələstinin şimal bölgələrinə yaxındır və İordaniya sərhədindən şərqdən qısa bir məsafədədir. Ötən illər ərzində Cenin sionist rejimə qarşı bir çox hücumların mənbəyi olub və İsrailə qarşı müqavimət hərəkatı başlatmaq üçün yüksək potensiala malikdir. Cenin Fələstini Livanın cənub cəbhəsindən və işğal altındakı Colandan azad etmək üçün mümkün əməliyyatda münaqişələrin işğal olunmuş Fələstinin mərkəzinə ötürülməsində mühüm rol oynaya bilər. Buna görə də İsrail təhlükəsizlik orqanları Cenini davamlı olaraq təhlükəsizlik və kəşfiyyat nəzarəti altında saxlayır.

Hadisə yerindən video (1)
Hadisə yerindən video (2)
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir