Seyful-Ədl: “Yatan nüvələri oyatmağın və Fars körfəzinin hökmdarlarını öldürməyin vaxtı çatıb”.

Cümə 20 Oktyabr 2023 - 21:51
https://az.iswnews.com/?p=27495

“Əl-Qaidə”yə yaxın xəbər mənbələri Seyful-Ədlə istinadən bildiriblər ki, o, hazırda Fars körfəzinin cənub sahillərində yerləşən ölkələrin hökmdarlarını öldürməyi təklif edir.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, “Əl-Qaidə” qruplaşmasının media qollarından biri bu günlərdə işğal olunmuş ərazilərdəki vəziyyətlə bağlı posterlər şəklində mesajlar ötürən Ceyş Əl-Malaham Əl-Elektroni “Seyf əl-Ədl”dən (bəzilərinə görə, Əl-Qaidə təşkilatında Əyman əz-Zəvahirinin müavanidir) sitat gətirərək Əl-Əqsa Fırtınası əməliyyatı barəsində, bu yaxınlarda dərc etdiyi posterlərdən birində belə bir cümlə istifadə edib:

“Bəlkə də indi yetkin və köhnə islamçı cərəyanların yatmış üzvlərindən fraksiyalar yaratması üçün doğru zamandır ki, lazımi vaxtda Fars körfəzi ölkələrinin xain hökmdarları dinə və Fələstin mücahidlərinə dəstək məsələsinə qarşı çıxan İslama xəyanət edənləri terror etsinlər.”

Qeyd edək ki, Amerika ordusunun Kabildəki əməliyyatından və 2022-ci ilin avqustunda baş vermiş Kabildə “Əl-Qaidə”nin lideri Əymən Əz-Zəvahirinin öldürülməsindən sonra bəzi Qərb kəşfiyyat və media mənbələri Seyf Əl-Ədli Əymən əz-Zəvahirinin yerinə təyin olunduğunu açıqlamışdı.

Seyf Əl-Ədl kimi tanınan Məhəmməd Salahuddin Zidan 1998-ci ildə Amerika Birləşmiş Ştatlar səfirliyinin bombalanmasında iştirakda ABŞ tərəfindən ittiham edilən keçmiş misirli polkovnik və partlayıcı maddələr üzrə ekspertdir. 1987-ci ildə o, Misir İslam Cihadı ilə əməkdaşlıqda və Misir hökumətini devirməyə cəhddə ittiham olunurdu. İttihamları rədd etdikdən sonra Seyf Əl-Ədl 1988-ci ildə Misiri tərk edərək Sovet İttifaqının Əfqanıstana hücumunu dəf etmək üçün əfqan ərəblərinə qoşulub.

Qeyd edək ki, “Ceyş Əl-Məlahim Əl-Elektroni” son bir neçə gündə Fələstin məsələsi ilə bağlı müxtəlif mesajlar yayımlayıb ki, bunlardan bəziləri Əymən Əl-Zəvahirinin Fələstin məsələsinə dəstək ifadələridir. “Əl-Qaidə” hələ ki, lideri Əymən əz-Zəvahirinin ölümünü və onun yerinə Seyf Əl-Ədl də daxil olmaqla, başqasının təyin edilməsini rəsmi olaraq təsdiqləməyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir