Məəmədani Xəstəxanasında İsrail ordusunun cinayəti; 500-dən çox şəhid və yaralı + FOTO və VİDEO
Sionist rejim qırıcıları Qəzza şəhərində Məəmədani xəstəxanasını vəhşicəsinə bombalayıblar.
İsrail ordusunun Qəzzada Məəmədani xəstəxanasına hava hücumu nəticəsində 500-dən çox fələstinlinin şəhid olduğu, 600-dən çoxunun isə yaralandığı barədə ilkin statistika açıqlanıb.
Sionist rejimin daxili təhlükəsizlik naziri İtmar Bin Qafir bu cinayətə reaksiya olaraq deyib: “Qəzzəyə girməli olan yeganə şey bizim Hərbi Hava Qüvvələrimizin yüzlərlə ton partlayıcısıdır, bir qram humanitar yardım deyil!”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist rejimin Qəzzada Məəmədani xəstəxanasına hücumunun, yüzlərlə müdafiəsiz və yaralı xəstənin şəhadəti və yaralanması ilə nəticələnən dəhşətli cinayətini kəskin şəkildə pisləyib.
Ümumdünya Səhiyyə Təşkilatı da bu xəstəxananın bombalanmasını qətiyyətlə pisləyib.
Rəy