Sderotun ətrafında müqavimət döyüşçüləri ilə İsrail əsgərləri arasında toqquşma baş verib

Bazar 15 Oktyabr 2023 - 17:00
https://az.iswnews.com/?p=27309

İbrani mənbələri işğal altındakı Sderot şəhəri yaxınlığında yerləşən Niram qəsəbəsində Fələstin müqavimət qüvvələri ilə İsrail hərbçiləri arasında silahlı qarşıdurmanın baş verdiyini bildirir.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sionist rejimin 13-cü kanalı Niram qəsəbəsində Fələstin müqavimət qüvvələri ilə İsrail hərbçiləri arasında qarşıdurmanın baş verdiyini elan edib. Bu televiziya kanalı sionistlərdən sığınacaqlarda qalmalarını və növbəti xəbərdarlığa qədər oranı tərk etməmələrini istəyib.

Müqavimət döyüşçülərinin sionistlərə qarşı son günlər müxtəlif cəbhələrdə və münaqişə bölgələrində bir neçə dəfə təkrarlanan bu tip hücumları yerli mərkəzsizləşdirmə və yeni xətt və ya cəbhənin açılması məqsədi ilə həyata keçirilir.

Çox güman ki, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatlarına başlamağa hazırlığının artırılması ilə bağlı fərziyyələrin artması ilə Fələstin müqavimət qruplarının işğal olunmuş ərazilərdəki hücumları da güclənəcək.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir