Əl-Baydada Ənsarullah hərbi paradı; Yəmənin müdafiə naziri: İsrailə hücum etməyə hazırıq! + FOTO

Bazar 15 Oktyabr 2023 - 16:50
https://az.iswnews.com/?p=27300

Yəmən Silahlı Qüvvələri 7-ci Hərbi Bölgənin parad mərasimində Ənsarullah liderinin Fələstin müqavimətinə hərbi dəstək və Əl-Əqsa Fırtınası əməliyyatı ilə bağlı əmrlərini yerinə yetirməyə hazır olduqlarını vurğulayıblar.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, 14 oktyabr inqilabının (İngiltərənin 1963-cü ildə Yəməndən çıxarılmasına səbəb olan inqilab) 60-cı ildönümü münasibətilə Yəmən ordusunun 7-ci hərbi bölgəsinin yeni dəstəsinin buraxılış mərasimi və həmçinin Əl-Əqsa Fırtınası döyüşü çərçivəsində Fələstinin sionist rejimə qarşı əməliyyatı Yəmənin Qurtuluş Hökumətinin siyasi və hərbi rəsmilərinin iştirakı ilə Əl-Beyda vilayətində keçirilib.

Bu paradda 7-ci bölgənin piyada qoşunlarının müxtəlif bölmələri, artilleriya bölməsi, zireh əleyhinə bölmə, Rajum kvadrokopter bölməsi və 17-ci helikopterlər bölməsi iştirak edirdi.

Yəmənin Qurtuluş Hökumətinin müdafiə naziri general-mayor Məhəmməd Nasir Əl-Atafi paraddakı çıxışında Yəmən ordusunun bu ölkənin suverenliyi, müstəqilliyi və birliyini müdafiə etməyə hazır olduğunu vurğulayaraq dedi: “Yəmən silahlı qüvvələri inqilab rəhbərinin əmrinə qulaq asır və ona xitab olaraq deyirlər ki, harda desən, düşmən harda olursa olsun, ölümcül vulkan kimi onların üzərinə enməyə hazırıq. Allaha and olsun ki, bizə əmr versəniz, heç bir tərəddüd etmədən raketlərimiz və pilotsuz təyyarələrimizlə Fələstin torpağına hücum edəcəyik. Allaha şükürlər olsun ki, mənəvi-əxlaqi hazırlıq baxımından ən yüksək səviyyədəyik və cahillərə dərs verməyə hazırıq”.

Qeyd edək ki, Ənsarullah lideri Seyid Əbdülməlik Bədruddin Əl-Husi Ənsarullahın müqavimət cəbhəsi ilə koordinasiyasını vurğulayaraq, yəmənlilərin Fələstinin azadlığı uğrunda döyüşdə iştirak etməyə və döyüşlərdə İsrailə qarşı raket və dron hücumları həyata keçirməyə hazır olduqlarını vurğulayıb.

Daha çox oxuyun:
Ənsarullah lideri: Amerika Qəzza müharibəsinə müdaxilə edərsə, raket və dron hücumlarında iştirak etməyə hazırıq
Yəməndə 21 sentyabr inqilabının ildönümündə Ənsarullahın möhtəşəm paradı; Qırıcılar və helikopterlər də uçdu + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir