İsrail aviasiyası Hələb hava limanına hücum edib
Bazar 15 Oktyabr 2023 - 15:19
https://az.iswnews.com/?p=27273
Sionist rejim qırıcıları Hələb beynəlxalq hava limanını hədəfə alıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İsrail ordusunun qırıcıları oktyabrın 14-də Hələb beynəlxalq hava limanını hədəfə alıb.
Bu hücum zamanı Hələb hava limanının uçuş-enmə zolağının hədəfə alındığı və bu hava limanının istismardan çıxarıldığı bildirilir.
Qeyd edək ki, oktyabrın 12-də İsrail rejimi ordusunun qırıcıları Suriyanın Hələb və Dəməşq hava limanlarını hədəfə almış və bu hücumlar zamanı bu iki hava limanı xidmətdən çıxmışdır.
Daha ətraflı: İsrail aviasiyası Suriyanın Dəməşq və Hələb hava limanlarına zərbələr endirib + FOTO
Rəy