İsrail ordusunun Qəzzalı qaçqınların karvanına hücumu nəticəsində 70 nəfər şəhid olub + VİDEO

Şənbə 14 Oktyabr 2023 - 18:57
https://az.iswnews.com/?p=27245

İsrail qırıcı təyyarələrinin Qəzzadan olan qaçqınların karvanını bombalaması nəticəsində azı 70 nəfər şəhid olub, 200-dən çox insan yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sionist rejimin Qəzza zolağına hücumları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan bir neçə fələstinli mülki şəxs dünən bu rejim ordusunun elan etdiyi təhlükəsiz marşrutdan keçərkən, birdən-birə qırıcı təyyarələri tərəfindən hədəf alındılar.

Bu hücum nəticəsində ən azı 70 fələstinli şəhid olub, 200-dən çox insan isə yaralanıb. Fələstin mediası hücumu “yeni bir faciə” kimi qiymətləndirib.

Bununla əlaqədar olaraq, sionist rejim ordusu Qəzza zolağının şimal hissəsində yaşayan insanların cənub bölgələrinə köçürülməsi müddətini şənbə günü yerli vaxtla saat 16:00-a qədər uzadıb. İsrail bildirir ki, Qəzza əhalisi təhlükəsizliklərini təmin etmək üçün elan edilmiş iki təhlükəsiz marşrutla Qəzza zolağının cənubuna getməlidir.

Fələstinli qaçqınların karvanına hava hücumu sionist rejimin bu zolağa hücumlarının artması, eləcə də təhlükəsiz humanitar yardımın yaradılması ilə bağlı fərziyyələr səbəbindən cümə günü səhərdən Qəzzada çoxlu sayda mülki vətəndaşın yaşadığı bir vaxtda baş verib.

Görünən odur ki, İsrail rejimi bu tədbirləri həyata keçirməklə Qəzzanın şimalındakı əhalisini zorla bu zolağın cənubuna köçürmək istəyir. Həmçinin bu rejim yaranmış vəziyyətdən istifadə edərək təhdidləri Qəzza zolağı ilə bağlı məqsədlərinə çatmaq üçün fürsətə çevirməkdədir.

Qəzza prospektlərində fələstinlilərin qətliam səhnələri / Xəbərdarlıq: Ürək parçalayan səhnələr var
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir