Fələstin müqavimət qruplarının işğal olunmuş qəsəbəyə raket hücumlarının təfərrüatları, 13 Oktyabr 2023

Cümə 13 Oktyabr 2023 - 23:38
https://az.iswnews.com/?p=27187

Fələstin müqavimət qrupları Təl-Əviv, Sderot, Aşkelon, Aşdod, Beerşeba, Safed və Qəzza zolağının ətraf məntəqələrində işğal olunmuş yaşayış məntəqələrinə və sionist rejim ordusunun mövqelərinə yüzlərlə raketlə hücum edib.

Kətaib əl-Qəssam qüvvələri işğal altındakı Fələstinin şimalındakı Səfed qəsəbəsinə hücumda “Əyyaş 250” raketindən istifadə edib. İsrail mediası Əl-Əqsa Fırtınası əməliyyatı başlayandan bəri ilk dəfə işə salınan Flaxan Davud müdafiə sisteminin Safed səmasında bu raketi məhv etməyə müvəffəq olduğunu iddia edib. Lakin Fələstin mediası Səfed qəsəbəsində naməlum yerdən qalxan tüstünün şəkillərinə istinad edərək bu raketin zərbə endirdiyini yazıb.

Həmçinin, sionist medianın məlumatına görə, Aşkelon şəhəri Qəzza zolağından atılan ən azı min raketlə döyüşlərin əvvəlindən vurulan və zərbə endirən raketlərin sayına görə rekordu vurub.

“Əyyaş 250” raketinin işğal altında olan Səfed qəsəbəsinə zərbə endirməsinin və ya vurulmasının ilkin anları
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir