HƏMAS: Qəzza zolağında İsrailin bombalaması nəticəsində 13 israilli əsir həlak olub

Cümə 13 Oktyabr 2023 - 16:43
https://az.iswnews.com/?p=27178

HƏMAS hərəkatı sionist rejimin bu zolağın müxtəlif bölgələrinə endirdiyi hava hücumları nəticəsində Qəzzada 13 israilli əsirin həlak olduğunu elan edib.

HƏMAS hərəkatının hərbi qanadı olan Kətaib əl-Qəssam oktyabrın 13-də İsrail ordusunun Qəzza zolağına vəhşicəsinə hücumları nəticəsində aralarında bir neçə millətin olduğu 13 sionist əsirin öldürüldüyünü açıqlayıb.

Əl-Qəssam şimal bölgələrinin bombalanmasında 6 əsirin, Qəzza bölgəsinin bombalanmasında isə 7 əsirin həlak olduğunu bildirib.

Oktyabrın 7-də Fələstin müqavimət qrupları sionist rejim ordusunun Qəzzə zolağının ətraf rayonlarındakı mövqelərinə birgə raket, dron və qurudan hücumlar həyata keçirərək hücuma keçiblər və bu hücumlar zamanı azı 1300 sionist həlak olub, 3000-dən çox sionist də yaralanıb. Yüzlərlə digər sionist də fələstinli döyüşçülər tərəfindən əsir götürülüb.

İsrail ordusunun sözçüsü Daniel Həcəri oktyabrın 13-də deyib: “İsrail ordusu indiyədək Əl-Əqsa Fırtınası döyüşündə 120 əsgərinin əsir düşdüyünü etiraf edib və bu əsgərlərin ailələrinə məlumat verib”.

Qeyd edək ki, HƏMAS ikinci dəfədir ki, Qəzzada müqavimət qüvvələrinin nəzarətində olan israilli əsirlərin öldüyünü bəyan edir. Oktyabrın 9-da Kətaib əl-Qəssamın sözçüsü Əbu Ubeydə İsrail rejimi ordusunun təyyarələrinin Qəzza zolağına vəhşicəsinə hücumları nəticəsində 4 sionist əsirin həlak olduğunu və bir neçə müqavimət qüvvələrinin şəhadətini elan edib. Beləliklə, İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində həlak olan israilli əsirlərin sayı 17 nəfərə çatıb.

Son günlər İsrail Qəzza zolağına qarşı hücumlarını gücləndirib və İsrail ordusu sözçüsünə görə, bu rejimin hava qüvvələri son günlər Qəzza zolağının bombalanmasında 4000 ton ağırlığında 6000 bombadan istifadə edib. Bununla əlaqədar olaraq Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında Qəzzada şəhidlərin sayının 1537-yə yüksəldiyini, yaralıların sayının isə 6612-dən çox olduğunu açıqlayıb.

Görünür, Kətaib əl-Qəssam və Qəzzədəki digər müqavimət qrupları Qəzzadakı israilli əsirləri sionist rejim həbsxanalarında olan 5200-dən çox fələstinli əsirlə mübadilə etməyi planlaşdırırlar; Tədricən Netanyahu hökuməti üçün əsas problemə çevriləcək bir məsələ!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir