HƏMAS Siyasi Bürosunun sədr müavini: Bizim müdafiə planlarımız hücum planlarımızdan daha güclüdür
HƏMAS hərəkatının siyasi bürosunun rəis müavini Saleh əl-Aroorinin Əl-Cəzirə ilə söhbətində verdiyi açıqlamaların mühüm hissələri belədir:
“Bizim məlumatımız var idi ki, sionistlər yəhudilərin bayramlarından sonra bizə hücum etməyə hazırlaşır. Qəzzə ətrafında sionist rejimin hərbi qüvvələrinə hücum edərək, qabaqlayıcı hücum həyata keçirdik və düşmən qüvvələri çox sürətlə məhv oldu.
Qəssam batalyonları hücumu Qəzza hərbi briqadasını hədəf alan mütəşəkkil və müntəzəm əməliyyat idi. 1200 Qəssam döyüşçüsü Qəzzə zolağı ətrafındakı sionist yaşayış məntəqələrinə daxil olaraq qısa müddət ərzində sionist ordunun Qəzza briqadasının mövqelərini ələ keçirib. Bu briqada parçalananda mülki əhali də Qəzza zolağından işğal olunmuş ərazilərə daxil olaraq mühacirlərlə toqquşdu və çoxlu sayda insan həlak oldu. Onlar həmçinin sionist yaşayış məntəqələrinə girib dinc insanları əsir götürə bildilər, lakin bu, heç vaxt bizim proqramımızın bir hissəsi olmayıb və məktəbimizdə yeri yoxdur.
Qəssam komandirlərinin öz qüvvələrinə verdiyi göstərişlər qadın və uşaqların öldürülməsinin yolverilməzliyi ilə bağlı aydın idi.
Bizim düşmənin hər bir hərəkətinə qarşı planımız var. Hücuma başlamazdan əvvəl bizim müdafiə planlarımız hazırlanmışdı və müdafiə planlarımız hücum planlarımızdan qat-qat güclüdür və bunu düşmən də yaxşı bilir.
Biz digər xalqlar kimi millətimizin də yaşamaq hüququnun dünya tərəfindən tanınması üçün mübarizə aparırıq. Biz öz ölkəmizin xalqına arxalanırıq və onların hərəkətə keçməsini və bizi dəstəkləməsini gözləyirik”.
Rəy