Ənsarullahdan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə mühüm mesaj
Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana göndərdiyi mesajda Yəmən qüvvələrinin Qəzza zolağına göndərilməsi üçün yolun yenidən açılmasını istəyib.
Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husinin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana mesajı belədir:
“Ərəblər arasında sizinlə vuruşan və sizi mühasirəyə alanlardan qardaşlarınıza kömək etmək və xilas etmək üçün yol açmaq istəmək nə mübaliğə, nə də ağılsızlıqdır.
Buna görə də biz Səudiyyə vəliəhdindən yəmənli mücahidlərin Qəzzadakı mücahid qardaşlarına qoşulma yolunu açmasını tələb edirik. Onların cavabını gözlədiyimizi vurğulayırıq. İstər ictimai, istərsə də başqa yolla. Bütün rabitə kanalları bununla bağlı onlarla danışmağa açıqdır”.
Daha ətraflı: Ənsarullah lideri: Amerika Qəzza müharibəsinə müdaxilə edərsə, raket və dron hücumlarında iştirak etməyə hazırıq
Rəy