İsrail aviasiyası Suriyanın Dəməşq və Hələb hava limanlarına zərbələr endirib + FOTO
Sionist rejim qırıcıları Suriyanın Hələb və Dəməşq hava limanlarına doğru bir neçə raket atıblar.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, oktyabrın 12-də İsrail rejimi ordusunun qırıcıları Suriyanın Hələb və Dəməşq hava limanlarını hədəfə alıb. İlkin məlumata görə, Dəməşq və Hələb hava limanlarının uçuş-enmə zolaqlarının zədələnməsi səbəbindən bu iki hava limanının xidmətdən çıxdığı bildirilir.
İsrailin Dəməşq hava limanına hava hücumundan sonra Dəməşqə gedən Mahan Air şirkətinə məxsus Airbus A340-313 təyyarəsi marşrutunu dəyişib və Suriya səmasından İrana geri qayıdıb.
Bununla bağlı əlavə təfərrüatlar dərc olunmayıb, lakin İbrani mediası İsrailin Suriyaya hava zərbəsi endirməsi xəbərindən dərhal sonra bu hücumların İrandan müttəfiqlərinə istənilən yardım və dəstək prosesini pozmaq və dayandırmaq məqsədi ilə həyata keçirildiyini açıqlayıb.
Rəy