İran və Suriya prezidentləri arasında Fələstinlə bağlı telefon danışığı olub

Cümə axşamı 12 Oktyabr 2023 - 14:42
https://az.iswnews.com/?p=27114

İran prezidenti Suriya prezidenti ilə telefon danışığı zamanı bəyan edib ki, sionist rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərini dayandırmaq üçün bütün İslam ölkələri ciddi yaxınlaşma əldə etməlidir.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İran prezidenti Seyid İbrahim Rəisi oktyabrın 11-də Suriya prezidenti Bəşər Əsədlə telefon danışığında bildirib ki, sionist rejim Əl-Əqsa Fırtınası əməliyyatı zamanı 75 illik tarixində misli görünməmiş zərbə alıb. O, əlavə edib: “Ötən günlərdə bu rejimin ifrat kabineti bütün həyasızlıq sərhədlərini aşaraq böyük cinayətlər törətmişdir”.

İran prezidenti Rəisi deyib: “Məzlum Fələstin xalqının qəzəbinə səbəb Məscidül-Əqsaya dəfələrlə edilən basqınlar və sionistlər tərəfindən hər gün qoca və gənc fələstinli kişi və qadınların öldürülməsi və həbs edilməsi nəticəsidir. O, əlavə edib: “Bu gün sionistlər bütün müqavilələrə zidd olaraq, beynəlxalq ictimaiyyət Qəzzanı tamamilə mühasirəyə alıb və bu bölgənin məzlum xalqından su, elektrik, dərman və yanacaqdan məhrum edib və yalançı insan haqları iddiaçıları da zalım və məzlumun yerini dəyişmək üçün ikili standartlardan istifadə edirlər ki, bu da onların mövqeyininin nə olduğunu nümayiş etdirir”.

Rəisi vurğulayıb: “Bu gün bütün İslam və ərəb ölkələri və dünyanın bütün azad insanları sionist rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərinin dayandırılması yolunda ciddi bir yaxınlaşma və əməkdaşlıq etməlidirlər və bu əsasda İran İslam Respublikası islam ölkələrinin başçıları ilə bu koordinasiyanı nə qədər tez yaratmaq üçün hər gün əlaqə saxlamağa çalışacaq”.

Suriya prezidenti bu telefon danışığında sionistlərə qarşı müqavimət hərəkatının böyük qələbələrinin bu rejimin iddia etdiyindən qat-qat zəif olduğunu göstərdiyini bildirdi və dedi: “Bu gün qarşımızda duran ən aşkar məsələ bütün ərəb və islam ölkələri Fələstin xalqının və məzlum Qəzza xalqının hüquqlarını dəstəkləmək üçün vahid və aydın mövqe üzərində razılığa gəlməlidir”.

Suriya prezidenti işarə edib: “Biz bütün səylərimizi bu konsensusun yaradılması və Fələstinin məzlum xalqına dəstək üçün vahid mövqenin yaradılmasını sürətləndirmək üçün sərf etməliyik, çünki bu məsələdə hər saat gecikmə sionist rejimin daha çox cinayət törətməsinə səbəb olacaq”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir