İsrailin Livanın cənubuna hücumunda üç Hizbullah qüvvəsi şəhid olub + FOTO
Livanın “Hizbullah” hərəkatı sionist rejim ordusunun Livanın cənub bölgələrinə hücumlarından sonra üç qüvvəsinin şəhadətini elan edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Livanın Hizbullah hərəkatı oktyabrın 9-da sionist rejim ordusunun Livanın cənub bölgələrinə hücumlarından sonra öz qüvvələrindən üçünün şəhadətini elan edib.
Yayımlanan elana görə,”Hisam Məhəmməd İbrahim”, “Əli Raif Fəttuni” və “Əli Həsən Hədrac” adlı üç Hizbullah qüvvəsi şəhid olub.
Digər tərəfdən, sionist rejim ordusunun sözçüsü dünən 9 oktyabr tarixində şimal sərhədlərində baş verən silahlı toqquşmalarda bu rejimin iki əsgərinin həlak olduğunu etiraf edib. O, həmçinin Livanla sərhəddə silahlı şəxslərlə atışma zamanı 4 əsgər və daha 3 İsrail zabitinin yaralandığını, onlardan ən azı 3-nün vəziyyətinin ağır olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 9-da yerli mənbələr Livan və işğal olunmuş Fələstin sərhədində silahlı qüvvələr və sionist rejim arasında atışma səsləri və toqquşmaların olduğunu bildiriblər. Hadisədən bir neçə dəqiqə sonra Fələstin İslami Cihad hərəkatının hərbi qanadı olan Saraya əl-Qüds Livanın cənubundan işğal olunmuş Fələstinin şimalında sionist rejim əsgərlərinə edilən hücumun məsuliyyətini öz üzərinə götürüb.
Seyid Həsən Nəsrullahın sionist rejimin Livanın hər hansı bölgəsinə qarşı hücumlarına cavab verməsi və dünən İsrail ordusunun Livanın cənub bölgələrinə təcavüzü ilə bağlı üç Hizbullah qüvvəsinin şəhadəti ilə bağlı son sözlərini nəzərə alsaq, ehtimal ki, Livan müqavimətinin dünən sionistlərin cinayətlərinə cavab vermək, eləcə də Fələstin müqavimət qruplarına dəstək vermək, xüsusilə işğal olunmuş Fələstinin şimal bölgələrində sionist ordusunun mövqelərinə qarşı hücumlar təşkil etmək məqsədi daşıdığını bildirib.
Rəy