İraqda baş verən son hadisələr, 6 Oktyabr 2023

Cümə 6 Oktyabr 2023 - 14:05
https://az.iswnews.com/?p=26786

İraqın Həşd-Şəəbi Təşkilatının 30-cu Briqadasının qüvvələri bu bölgənin təhlükəsizliyini artırmaq və həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün Mosulun kənarında təhlükəsizlik əməliyyatına başlayıb.

1- Bağdad:
Oktyabrın 5-də Həşd-Şəəbi təşkilatının 12-ci briqadasının qüvvələri Bağdadın şimalındakı Tarimiyyə bölgəsində İŞİD terror qruplaşmasına aid bomba aşkar ediblər.

2- Səlahəddin:
İraqın Birgə Əməliyyatlar Komandanlığı elan edib: “Səlahəddin Əməliyyat Komandanlığı, Terrorla Mübarizə Təşkilatı, Həşd-Şəəbi qüvvələri, Ordu Hərbi Hava Qüvvələri, Hərbi Mühəndislik Bölməsi və Hərbi Kəşfiyyat İdarəsinin dəstəyi ilə İŞİD terrorçularına aid 9 sığınacaq və bir neçə bomba və partlayıcı maddələr aşkar edib”.

3- Ənbar:
Sentyabrın 25-də Həşd-Şəəbi Təşkilatının Əl-Ənbar vilayətindəki əməliyyat qərargahının komandiri Qasim Muslih Əl-Ənbarın qərbində və İraq və Suriya sərhədində səhra ərazilərinin təmizlənməsinə yönəlmiş genişmiqyaslı təhlükəsizlik əməliyyatının başladığını elan edib.

4- Kərkük:
Sentyabrın 25-də İraqın Təhlükəsizlik Media Bölməsi elan edib: “Terrorla Mübarizə Təşkilatının bölmələri İraq Kürdüstanı Regional Təhlükəsizlik Əməliyyatları İdarəsi ilə koordinasiyada İŞİD terror qruplaşmasının xarici batalyonunun komandiri Əbu Buxarini Kərkük vilayətində həbs edib”.

5-Neynəva:
İraqın Həşd-Şəəbi Təşkilatının 30-cu Briqadasının qüvvələri bu bölgənin təhlükəsizliyini artırmaq və həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün Mosulun kənarında təhlükəsizlik əməliyyatına başlayıb.

6- İraqın Birgə Əməliyyat Qərargahı komandirinin müavini bəyan edib ki, İraq Sərhəd Mühafizə Qüvvələri İranla sərhəd məntəqələrində təxminən 12 qərargah qurub.

Daha ətraflı: İraqın Birgə Əməliyyatlar Qərargahı: İranla 12 ortaq qərargah yaratdıq

7- Oktyabrın 4-də Türkiyə ordusunun İraqın şimalındakı hədəflərə hava hücumlarının artması ilə eyni vaxtda İraqın müdafiə naziri Sabit Məhəmməd Əl-Abbasi yüksək rütbəli hərbi heyətin başçılığı ilə rəsmi səfər çərçivəsində Türkiyəyə səfər edib.

8- Türkiyə Daxili İşlər Nazirliyinə qarşı törədilən terror aktından və PKK qruplaşmasının bu əməliyyata görə məsuliyyəti öz üzərinə götürməsindən sonra Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının mövqelərinə hücum elan edib.

Daha ətraflı: Ankara əməliyyatının məsuliyyətini PKK üzərinə götürdü; Türkiyə cavab verdi!

9- Hollandiya hökuməti NATO-nun İraqdakı nümayəndəliyinin fəaliyyətləri çərçivəsində bu ölkəyə ən azı 120 əsgər və 3 hərbi helikopter göndərəcəyini açıqladı.

Daha ətraflı: Hollandiyalı əsgərlərin İraqa göndərilməsi!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir