Homs Hərbi Kollecinə dron zərbələri endirilib; 80-dan çox şəhid var!
Homs Hərbi Kollecinə terrorçuların dron hücumu nəticəsində ən azı 89 nəfər şəhid olub, 277 nəfər yaralanıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, oktyabrın 5-də Suriyanın Homs Hərbi Kolleci terrorçuların dron hücumuna məruz qalıb və bu terror aktı zamanı zabit tələbələrin məzun olma mərasimində iştirak edən çox sayda əsgər və mülki şəxs şəhid olub və yaralanıb.
Bu hadisənin ilk dəqiqələrində bəzi KİV-lər Suriya müdafiə nazirinin şəhadətə çatması xəbərini yaysa da, məlumatlı mənbələr Suriya müdafiə nazirinin Homs Hərbi Kollecini dron hücumundan təxminən 20 dəqiqə əvvəl tərk etdiyini bildirib.
Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, Homs Hərbi Kollecinə dron hücumu nəticəsində 31-i qadın və 5-i uşaq olmaqla azı 89 nəfər şəhid olub, 277 nəfər yaralanıb.
Bununla bağlı Suriya Müdafiə Nazirliyi bəyanat yayıb: “Beynəlxalq tərəflərin dəstəklədiyi terrorçu qruplar partlayıcı sursat daşıyan dronlarla Homsdakı hərbi kollec tələbələrinin məzun olma mərasimini hədəfə alıblar. Bu terror aktı bir sıra mülki vətəndaş və hərbçinin şəhid olmasına, onlarla dinc sakinin yaralanmasına səbəb olub.
Bəyanatda deyilir: “Homsdakı məzun olma mərasiminin hədəfə alınması misli görünməmiş bir terror aktıdır və biz bu terror qruplaşmalarına bütün gücümüzlə cavab verəcəyik. Vurğulayırıq ki, bu cinayət əməlini tərtib edənlər və həyata keçirənlər məsuliyyətə cəlb olunacaq və bunun əvəzini ağır ödəyəcəklər”.
Görünən odur ki, dünən Homs hərbi kollecinə olan dron hücumu ölkələrin və terror qruplaşmalarının tərəfdarlarının əməkdaşlığı və rəhbərliyi ilə həyata keçirilib. Suriya müdafiə nazirinin bu kollecdə olmasını nəzərə alsaq, bu hücumun Suriya hökuməti üçün mühüm mesaj ehtiva etməsi mümkündür.
Rəy